Qafqaz Universitetinin rektoru tələbələrə müraciət etdi | Təhsil Elanları
Qafqaz Universitetinin rektoru tələbələrə müraciət etdi
Bölmə:Xəbərlər 1430 dəfə oxunub
22.09.2016

Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədov  Türkiyənin Təhsil Şurasının (YÖK) Qafqaz Universitetiin diplomalrının bu ölkədə tanınmayacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Tehsil.im xəbər verir ki, H.Məmmədov Lent.az-a açıqlamasında deyib ki, qərarla bağlı Qafqaz Universitetinin idarə heyətində heç bir məlumat yoxdur: “Ola bilsin ki, Türkiyə Təhsil Şurası belə bir qərar qəbul etsin,  amma o qərarla biz tanış olmamışıq. Ancaq qərara baxmayaraq, bütün dünyada diplomların, ixtisasların tanınması qaydaları, şərtləri var ki, bu şərtlərə əsasən diplomlar tanınır. Bizim də universiteti bitirən bütün tələbələrin diplomları Türkiyədə, eləcə də digər xarici ölkələrdə tanınacaq. Universitetimizin bakalavrlarının Türkiyədə magistr təhsili ala bilməyəcəkləri barədə xəbərə gəldikdə isə, onu deyim ki, bizim tələbələr xaricdə təhsil almaq hüququndan əvvəl olduğu kimi istifadə edə biləcəklər.

Tələbələrimiz heç narahat olmasınlar, biz hər zaman tələbələrimizin arxasındayıq. Hər şey qaydasına düşəcək”.

Qeyd edək ki, Məlumatına görə, Türkiyənin Təhsil Şurası (YÖK) Qafqaz Universiteti ilə bağlı gözləniləməz qərar verib. Şura Qafqaz Universitinin diplomlarının Türkiyədə tanımayacağı barədə qərar qəbul edib.Qərara əsasən Qafqaz Universitetində təhsil alan türk tələbələrin diplomları Türkiyədə tanınmayacaq. Eyni zamanda adıçəkilən universitetin azərbaycanlı bakalavr məzunları Türkiyədə magistr pilləsi üzrə təhsil ala bilməyəcəklər.