Tələbələr və universitet məzunları üçün təcrübə proqramı | Təhsil Elanları
Tələbələr və universitet məzunları üçün təcrübə proqramı
Bölmə:İş Elanları 1311 dəfə oxunub
23.09.2014

Vakansiya: Tələbələr və universitet məzunları üçün təcrübə proqramı ( İbtidai sinif, İngilis dili, Riyaziyyat, İnformatika, Kimya, Biologiya, Tarix, Fizika, Azərbaycan dili və ədəbiyyat müəllimi )

İşə götürən: Kaspi Təhsil Şirkəti

İş yeri: Kaspi Təhsil Şirkətinin müəssisələri

Yerləşdiyi ərazi: Bakı şəhəri

Elan tarixi: 23 Sentyabr 2014

Son tarix: 29 Sentyabr 2014

Vakansiya nömrəsi: 002

İş saatları: 9:00 - 13:00 və ya 13:00 - 17:00 ( Tələbənin dərs saatı və növbəsində asılı olaraq)

Müddəti: Altı ay

Ödənilir: Günorta yeməyi və son dörd ayın yol xərcləri

İş saatları: 20/5

Vəzifə öhdəlikləri:

Dərs materiallarının hazırlanmasında köməklik göstərilməsi

Şagirdlərə dərsdən kənar əlavə məşğələlərin keçilməsi

Qiymətləndirmə materiallarının sistemləşdirilməsinə köməklik göstərilməsi

Dərslərdə müşahidəçi qismində iştirak etmək

Hər ay ən azı bir dərsdə müəllim kimi iştirak etmək

Vakansiya tələbləri:

Təhsil səviyyəsi: bakalavr pilləsinin 3 və 4 - cü kurs tələbələri, magistr pilləsinin 1 və 2 - ci kurs tləbələri, cari ilin (2014 ) məzunları

Təhsil sahəsi: İbtidai sinif müəllimi, İngilis dili müəllimi, Riyaziyyat müəllimi, İnformatika müəllimi, Kimya müəllimi, Biologiya müəllimi, Tarix müəllimi, Fizika müəllimi, Azərbaycan dili və ədəbiyyat müəllimi

Əlavə biliklər: Microsoft Word, Excel, Power Point

Təcrübə proqramının sonunda tələbələr ( məzunlar ) Kaspi Liseyi tərəfindən sertifikatla təmin olunacaqlar.

Təcrübə proqramını uğurla bitirən tələbələr işlə təmin oluna bilərlər.

Maraqlanan şəxslərdən xahiş olunur veb səhifədə göstərilən ərizə formasını doldurub info@kaspi.edu.az elektron ünvanına göndərsinlər. Şəxsi CV- lərə baxılmayacaqdır.

Qeyd: E-mail - in " subject " bölməsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz tövsiyə olunur.
Məsələn, " Fizika müəllimi " vakansiyası