Təhsil Nazirliyi bu tələbələrə 100 manat pul verəcək | Təhsil Elanları
Təhsil Nazirliyi bu tələbələrə 100 manat pul verəcək
Bölmə:Təhsil Nazirliyi 1575 dəfə oxunub
19.09.2016

Qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ixtisas seçimində ilk pillələrdə pedoqoji ixtisasları seçən 300 tələbəyə təqaüd veriləcək.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, cari tədris ilində Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan və ixtisas seçimində müəllimlik ixtisasını birinci qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək.

“Onlar artıq oktyabrdan Təhsil Nazirliyinin təqaüdlərini ala biləcəklər. Ümumilikdə bu proqram artıq üç ildir ki, həyata keçirilir. 900-dan çox tələbə bu təqaüddən yararlanır”.565675765