İlk peşə təhsili ilə bağlı yeni qanun hazırlanır | Təhsil Elanları
İlk peşə təhsili ilə bağlı yeni qanun hazırlanır
Bölmə:Xəbərlər 612 dəfə oxunub
14.09.2016

Azərbaycanda ilkin peşə təhsili ilə bağlı xüsusi qanun layihəsi hazırlanır.

Tehsil.im xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, "İlk peşə-ixtisas təhsili haqqında" qanun layihəsidir. MM-in Elm və təhsil komitəsi tərəfindən artıq  layihənin hazırlanması ilə bağlı işçi qrup yaradılıb. Layihənin bu sessiya ərzində parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
 
Yeni qanun layihəsində ilk peşə təhsili və onun təkmilləşdirilməsi barədə bir sıra müddəalar əksini tapacaq.