DQMK: 104 apellyasiya şikayəti verilib, 24 namizədin nəticəsi ləğv edilib | Təhsil Elanları
DQMK: 104 apellyasiya şikayəti verilib, 24 namizədin nəticəsi ləğv edilib
Bölmə:Dövlət qulluğu 2083 dəfə oxunub
10.09.2016

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2016-cı ilin 9 fevral, 11 və 18 mart tarixlərində elan edilmiş müsabiqələrin müsahibə mərhələsinin nəticələrindən narazı qalan 104 namizəd Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) apellyasiya şikayəti verib.

APA-nın xəbərinə görə, bu barədə Apellyasiya şikayətlərinin baxılmasına dair (Namizədlər üzrə) hesabatda bildirilir.

24 nəfərin müsahibəsinin nəticəsi ləğv edilib, yeni müsahibənin keçirilməsinin təmin edilməsi haqda qərar verilib. 23 nəfərin müsahibənin nəticəsi ləğv edilib, namizədlər iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilib. Bir nəfərin apellyasiya şikayətinin verilmə tarixi qanunvericiliklə ayrılmış müddəti keçdiyi üçün müraciətə baxılmayıb. 56 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.