Komputer mütəxəssisi olmaq istəyənlər üçün - IT Kursuna Qeydiyyat başladı! | Təhsil Elanları
Komputer mütəxəssisi olmaq istəyənlər üçün - IT Kursuna Qeydiyyat başladı!
Bölmə:Kurslar 4015 dəfə oxunub
09.09.2016

MK Academy, yeni fəaliyyətə başlayan Nərimanov flialında peşakar və təcrübəli it mütəxəssisi Miryusif Rəhimovun təqdimatında keçiriləcək IT Kursuna start verir !

Kurs haqqında məlumat :

Bu kursun vəzifəsi kompüterin tərkib hissələrinin arxitekturası ilə tələbələri tanış etməkdir. Kompüterlərin yığılması və o cümlədən modernləşdirilməsi ilə bağlı təcrübə biliklərinin qazandırılmasına malikdir.

Kurs Nəzəri və Praktiki olaraq iki hissədən ibarətdir.

Kompüterlərin yığılması, sazlanması və gücləndirilməsi üzrə keçirilən kurs, kompüterin quruluşu haqqında təsəvvürü olan və ya olmayan, hərkəs üçün nəzərdə tutulmuşdur.

Bu kurs özündə nəzəri materialların təcrübə ilə mənimsənilməsini birləşdirir. Praktiki iş zamanı tələbələrdə kompüterlərin yığılması və modernləşdirilməsi üzrə peşəkar vərdişlər formalaşacaqdır. Tədris proqramının professional şəkildə tərtibatı tələbələr tərəfindən dərs materiallarının səmərəli və effektiv mənimsənilməsinə imkan yaradır.

Bu kursu bitirdikdən sonra tələbələr müstəqil şəkildə müxtəlif növ kompüterləri yığa və ya modernizasiyasını həyata keçirə biləcəklər. Windows əməlliyat sistemini yükləyə və konfiqurasiya edə biləcək, stasionar kompüterlərin və noutbukların texniki xidmətini həyata keçirəcəklər.

Kursun tərkibində aşağıda qeyd edilənlər keçiriləcəkdir.

• Kompüterlərin yığılması və gücləndirilməsi

• Daxili qurğuların tanıdılması və quraşdırılması (Prosessor, RAM, VGA, Hard Disk, Ana plata, Enerji bloku vs)

• Windows XP/7/8/10 əməliyyat sistemlərinin yüklənilməsi

• Proqramların və drayverlərin yazılması

• Proqramlara Keygen, Crack və digər müxtəlif aktivasiyaların edilməsi.

• Kompüterlər arasında şəbəkənin qurulması

• TCP/IP təyini, HUB, SWITCH və digər qurğuların şəbəkədə istifadəsi.

• Şəbəkədə internetin bütün kompüterlər arasında paylanması.

• Şəbəkədə istifadə olunan proqramlar və s.

• Kompüter ustasına lazım olan əlavə proqram təminatları (Parolların ləğv olunması, HDD kopyalanması, Mini XP istifadəsi və s.)

• Kompüterə əlavə qurğuların qoşulması (printer, skaner, veb-kamera vs).

QEYD : İştirakçı haqqı aylıq - 50 AZN'dir .

Kurs 3 aylıq müddəti əhatə edir və sonda tələbələr imtahan nəticələrinə uyğun olaraq SERTİFİKAT ilə təmin olunacaqdır.