Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin 2-ci mərhələsinə yekun vurulub | Təhsil Elanları
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin 2-ci mərhələsinə yekun vurulub
Bölmə:Xəbərlər 692 dəfə oxunub
27.08.2016

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikincisi – yazılı imtahan mərhələsinə yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.prosecutor.gov.az) və qəbul otağında yerləşdirilib.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 125 namizəd 29 avqust 2016-cı il tarixdən etibarən Baş Prokurorluğun Kadrlar idarəsinin müəyyən etdiyi cədvələ uyğun olaraq Qaydaların 7.5-si bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində tibbi müayinədən keçib, müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcək.

Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək. Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.