“Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək | Təhsil Elanları
“Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək
Bölmə:Təhsil Nazirliyi 3513 dəfə oxunub
26.08.2016

Təhsil naziri Mikayıl Cabbarov təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron təhsil” respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Tehsil.im-in xəbərinə görə, əmrə əsasən təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə “Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək.

Əmrlə “Elektron təhsil” respublika müsabiqəsi haqqında Əsasnamə, müsabiqənin Təşkilat Komitəsinin tərkibi və 2016-cı il üçün xərclər smetası təsdiq edilib. Təşkilat Komitəsinə müsabiqənin keçirilmə vaxtını, mərhələlərini müəyyən etmək və Əsasnamədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.