Tələbə adını qazananların qeydiyyatı bu gün bitir
Bölmə:Tələbə qəbulu 470 dəfə oxunub
25.08.2016

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin ( I mərhələ üzrə) qeydiyyat prosesi bu gün başa çatır.

Tehsil.im-in məlumatına görə, tələbə adı qazanmış şəxslər avqustun 25-i saat 17:00-dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.  

Qeyd edək ki, ali təhsil müəssisələrinə ( I mərhələ üzrə) yerləşdirmə müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Bildirək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyat prosesi isə avqustun 31-dək davam edəcək.