600 və daha çox bal toplayan gənclərin nəzərinə! | Təhsil Elanları
600 və daha çox bal toplayan gənclərin nəzərinə!
Bölmə:Tələbə qəbulu 1622 dəfə oxunub
24.08.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir və bu barədə məlumatları "Abituriyent" jurnalının 11-ci nömrəsində çap edir. Lakin bu ildən etibarən, məlumatlar ayrıca jurnalda çap edilməyəcək. 600 və daha yüksək bal toplayan gənclərə abiturient.az saytında ayrıca bir bölmə həsr ediləcək və bu məlumatlar ictimaiyyət üçün daha da əlçatan olacaqdır.

2016-2017-ci tədris ilində 600 və daha yüksək bal toplayan gənclər iş nömrəsi və şifrdən istifadə etməkləhttp://abiturient.az/600bal/  keçidində təqdim olunan anket-sorğu formasını doldura bilərlər. Forma (bütün bəndlər) yalnız bir dəfə doldurulmalıdır.

Əlavə məlumat əldə etmək üçün abiturient.journal@gmail.com elektron poçtuna yaza və ya

(+99412) 489-02-59 nömrəsinə zəng edə bilərsiniz.