Rezidenturaya son müsabiqənin nəticələri açıqlandı | Təhsil Elanları
Rezidenturaya son müsabiqənin nəticələri açıqlandı
Bölmə:Tələbə qəbulu 837 dəfə oxunub
24.08.2016

Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan edilib.

TQDK-nın mətbuat xidmətindən Tehsil.im-ə verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün müsabiqə şərtini ödəmiş 2 namizəd ərizə ilə müraciət edib və qəbul olub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 24 və 25-də müvafiq quruma:

– Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə

-  Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizəd Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.