Bölmə:Təlimlər / Trainings 9064 dəfə oxunub
Bütün iş və şəxsi əlaqələrimiz ünsiyyətin üzərində qurulub. Əgər nə isə yolunda getmirsə və ya daha yaxşısını arzulayırsınızsa, onda mütləq SƏLİS DANIŞIQ qabiliyyətini öyrənməlisiniz! Diksiya kurslarına aid 24 saatlıq təlimlərimizdə doğru, təsirli və rəngli danışıqla bağlı ən lazımlı bilgiləri öyrədirik və praktik məşğələlər sayəsində bunu həyata keçməsini hədəfləyirik.
NƏFƏS (3 Saat):
NƏFƏS-Səsimiz nəfəsimizin sayəsində yaranır. Nəfəs nə qədər düzgün və bol alınarsa, səs də bir o qədər güclü və dolğun olar. Məşqlər sayəsində illərlə vərdişə çevirdiyiniz yanlış tənəffüsdən xilas olub diafraqmadan nəfəs alacaqsınız. Səsə ciddi təsirindən əlavə, diafraqmadan nəfəs alan insanlar bol oksigen qəbul etmənin nəticəsi olaraq, bir çox xəstəliklərin müalicəsində xeyli irəliləyiş hiss edə bilirlər.
SƏS- (3 Saat):
Səs insanın imicidir. Gözəl səsə sahib insanlar dərhal başqalarının diqqətini çəkir, danışarkən onlara daha maraqla qulaq asırlar. Zəif, ciyiltili, xırıltılı və ya kobud səsi olan insanlar söz seçimlərinə nə qədər diqqət etsələr də, istədikləri nəticəni ala bilmirlər. Səsi estetikasından yararlanmaqla ünsiyyətdəki uğurunuzu ciddi şəkildə artıra bilərsiniz.
ARTİKULYASİYA- NƏFƏS (3 Saat):
Hər səs (hərf) ağız aparatında müəyyən forma qazanaraq ağızdan çıxır. Onların formalaşmasında iştiriak edən dil, dodaq və çənədən düzgün istifadə etmədikdə sözlər sanki danışanın ağzından «tökülürmüş« kimi təəssürat yaradır. Misal üçün, onlar A deyəndə də dodaqlar eyni olur, U deyəndə də. Məşqlər sayəsində ağız aparatı və ətraf əzələlər aktivləşəcək, sözlər ağızdan rahat şəkildə çıxacaq. Səlis danışığınızı həm siz, həm də ətrafdakılar dərhal hiss edəcək.
FONETİKA (3 Saat):
Necə ki, hər hərfi tək-tək səliqə ilə yazmağı öyrənən adamın gözəl xətti olur, eləcə də hər səsi tək-tək ağızdan düzgün şəkildə çıxaran insanın səlis nitqi olur. Səslər sözləri, sözlər nitqimizi əmələ gətirir. Səslərlə iş bitdikdən sonra hecalar üzərində məşqlər başlayır. Sözdə vurğu qəbul edən, ona canlılıq qazandıran hecaları düzgün şəkildə tələffüz etmək öyrədilir. Bundan başqa, mətn oxuma məşqləri zamanı vurğusu yanlış deyilən sözlər seçilərək düzəldirlir.
TƏSİRLİ DANIŞIQ DƏRSLƏRİ (3 Saat):
Hər bir kəsin ünsiyyət zamanı qazanmaq istədiyi nəticə yaxşı təəssürat yaratmaq, inandırıcı olmaq, təsir etməyi bacarmaq, istədiyini əldə edə bilməkdir. Bu zaman hər zaman vərdiş edilmiş səs tonu, söz seçimi, intonasiyadan deyil, daha təsirli bir nitqdən istifadə edilməlidir. Dərslər zamanı iştirakçılara müxtəlif mövzularla bağlı mətn yazdırılır. Sonra mətn səsləndirilir, ən təsirli formaya gətirənə qədər iş davam etdirilir.
DANIŞIQ ÇALIŞMALARI (3 Saat)
Bu dərsdə daha öncə öyrənilmiş səs-nəfəs-artikulyasiya, diskiya-fonetika və dramatik məşğələlərin işığında hazırlıqlı danışıq çalışmaları həyata keçirilir. Kameradan və kürsüdən istifadə edərək, iştirakçının ehtiyac və mövcud nitq qüsuruna uyğun fərdi yanaşma tipli məşqlər reallaşdırılır.
AUDİTORİYA QARŞISINDA ÇIXIŞ DƏRSİ (3 Saat)
Dərslərdə çıxışın növləri, strukturu, hazırlaşmaq vərdişləri aşılanır. İştirakçılar özləri seçdikləri bir mövzuda çıxış hazırlayraq gəlirlər. Çıxışlar auditoriyaya xitabən və kamera qarşısında edilir. Təlimçi izləmə mövqeyində qalır. Çıxış bitdikdən sonra müzakirə başlayır. Dərslər sayəsində sonrakı həyatınızda istənilən bir tədbirdə, məclisdə rahat, həyəcansız çıxış edə, insanları öz nitqinizlə ovsunlaya bilərsiniz.
BƏDƏN DİLİ DƏRSLƏRİ (3 Saat)
Ünsiyyətdə bədən dili tam 60%-lik təsirə malikdir. Danışan zaman jest və mimikalarımız sözlərimizi dəstəkləməli, nitqimizi daha təsirli etməlidir. Hətta heç danışmadığımız zaman da bədən dilimiz mütləq mesaj ötürür. Dil yalan danışa bilir, amma bədən dili əsla. Bu, qeyri-ixtiyari formada özünü büruzə verən hərəkətlərin toplusudur. Dərslər sayəsində bədən dilindən effektiv istifadə, həmçinin başqalarının bədən dilini oxumağın sirləri öyrədilir.
Cəlalə Nəzəroğlu
1984-cü ildə anadan olub. 2002-2006-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr təhsili alıb. 2007-ci ildə Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin “Jurnalistika” ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2010-cu ildə oranı “Fərqlənmə” diplomu ilə bitirib. 2002-ci ildən başlayaraq ayrı-ayrı vaxtlarda “Azərbaycan” radiosunda (müxbir), "Azərbaycan" Televiziyasında (“Səhər” proqramı –aparıcı), “İz Production”da (“Yoldakılar” verilişi-proqram rəhbəri), Xəzər Televiziyasında “Xəzər Xəbər”-in aparıcısı və bölgə xəbərlərindən məsul redaktor, İnterAz televiziyasının “Xəbərlər” departamentinin rəhbəri, ANS televiziyasında “Salam, Azərbaycan” proqramının layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. Diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu Türkiyənin fərdi inkişaf üzrə nüfuzlu “SAYGIN Coaching & Consulting” Fərdi İnkişaf Mərkəzinin məzunudur. 2015-ci ildə AMEA-nın MTRŞ ilə birgə televiziya və radio aparıcıları üçün təşkil etdiyi treninqdə trener olub. "İrəli” İctimai Birliyində, AKİB-in “Gənclər üçün müasir jurnalistika məktəbi”ndə, bəzi ali məktəblərdə, fərdi inkişaf mərkəzlərində seminar və təlimlər verib və fəaliyyətini davam etdirməkdədir. Sözügedən sahə ilə bağlı bir sıra diplom və sertifikat və nüfuzlu mükafatlarla təltif olunub.
Müddəti: 2 ay ərzində hər bazar günü 3 saat.
Təlim materialları və breyk servis təmin olunur.
Məkan: Caspian Plaza
Ətraflı məlumat: 051 622 00 56