Kirayə ev bazarına tələbə axını başladı – Yeni dərs ilinin PROBLEMİ | Təhsil Elanları
Kirayə ev bazarına tələbə axını başladı – Yeni dərs ilinin PROBLEMİ
Bölmə:Xəbərlər 1193 dəfə oxunub
20.08.2016

Ali məktəblərdə yeni dərs ilinin başlanmasına az qalır. Bu ərəfədə tələbələr təkcə dərslərin başlanma həyacanını yaşmırlar, həm də yaşayış yeri ilə bağlı təlaş keçirilər. Axı münasib kirayə ev  tapmaq heç də asan deyil. Kirayə ev axtaran əksər tələbələr həmin yerin təhsil aldığı universitetə, kollecə və metroya yaxın olmasını istiyirlər.


Modern.az saytının əməkdaşı “Neftçilər” metrostansiyası yaxınlığındakı “Ev bazarı”nda olaraq kirayə qiymətləri ilə maraqlanıb.
Makler Rüstəm Abbasov əməkdaşımızla söhbətdə deyib ki, hazırda mənzil alqı-satqısı az qala yox dərəcəsindədir. Ay ərzində 1-2 ev satılar ya satılmaz.

“Devalivasiyadan əvvəl vəziyyət normal idi. İndi isə yox. Son 1 həftə ərzində isə kirayələrlə bağlı müraciətlər artmağa başlayıb. Bunu da tələbələr və Bakıya iş arxasınca gələnlərlə əlaqələndirmək olar. Tələbələr daha çox təhsil aldıqları universitet və ya hər hansı metrostansiyaya yaxın ərazidə ev axtarırlar. Həm də şəhərin mərkəzinə daha yaxın yerlərdə qalmaq istəyirlər. Daha çox bina evlərinə üstünlük verilir. Otaqların sayına görə qiymətlər də dəyişir”.
Həmsöhbətimiz deyib ki, əsas təlabat “Gənclik” və “Elmlər Akademiyası” metrostansiyası ətrafına aiddir.
““Gənclik”də 1 otaqlı mənzilin kirayəhaqqı 300-350 manat, 2 otaqlınınkı isə 400-500 manatdır.

“Elmlər”də isə 1 otaqlımənzil 250-300 manata, 2 otaqlı 300-350 manata kirayəyə verilir.

“Qara Qarayev”, “Neftçilər”, “Əhmədli” metrostansiyaları ərazisində evlərin qiyməti şəhərin mərkəzinə nisbətən bir qədər aşağıdır”.

Makler deyib ki, turistlərdən kirayə ilə bağlı heç bir müraciət daxil olmur. “Sözsüz ki, gələn turistlər pullu insanlardır. Ona görə də otellərdə, istirahət mərkəzlərində qalırlar”.
Kirayəyə mənzil axtaran müştəri Sevda Əliyeva deyir ki, qızı bu il universitetə daxil olub.

“Biz özümüz Gəncədə yaşayırıq. Bakıda kirayə evlərin qiyməti çox bahadır. Ailəmizin aylıq gəliri 700 manata yaxındır. Yoldaşım sürücü, mən isə müəlliməyəm. Bilmirəm ki, qzancımızla uşağı universitetdə oxudum, təhsilhaqqını verim, yoxsa kirayə ev tutum. Hələ yeməkpulunu demirəm. Biz daha çox metroya yaxın ev axtarırıq. O da, od qiymətinədir. Məcburuq ki, heç olmasa 1-2 aylığa ev tutaq ki, qızımız orda qalsın. Sonra isə qrup yoldaşları ilə tanışıb, 3-4 nəfərə ev tutub qalarlar”.
Tələbə Fuad Cahangirov və dostu da kirayə ev axtaranlar arasındaydı. Fuad deyir ki, “Odlar Yurdu” universitetində oxuyur. Keçən il “Gənclik”də 2 otaqlı evdə 3 nəfər 400 manata kirayədə  qalırmışlar. İndi isə ev yiyəsi qiyməti qaldırıb 500 manat.

“Ona görə də 3 gündü ev axtarırıq. Demək olar ki, bütün alqı-satqı yerlərini gəzmişik, hələ ucuz mənzil tapa bilmirik. Digər tərəfdən də ev yiyələri oğlanlara kirayə verməkdən çəkinirlər. Çoxu yalandan bəhanə gətirir ki, qonşular narazılıq edirlər. Mən başa düşmürəm, axı biz tələbəyik. Bizim başqa işlərlə əlaqəmiz yoxdur ki, narazılıq da olsun. Dünən “İnşaatçılar” metrostansiyası tərəfdə bir ev tapmışıq. Oranın qiyməti normaldır: 300 manat. Bu bazarda ucuz ev tapmasaq, gedib orayla razılaşacığıq”.