«Bakı Metropoliteni” bu vəzifələr üzrə ödənişsiz kurs təşkil edir - İŞƏ QƏBUL İMKANI | Təhsil Elanları
«Bakı Metropoliteni” bu vəzifələr üzrə ödənişsiz kurs təşkil edir - İŞƏ QƏBUL İMKANI
Bölmə:Elanlar 4061 dəfə oxunub
19.08.2016

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri” və “Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri” vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.

Qurumun mətbuat xidmətindən Tehsil.im-ə verilən məlumata görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.

 Kursda iştirak etmək istəyənlər üçün tələblər aşağıdakılardır:

• Yaş: 22 – 30 arası
• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki Ali
• Dil bilikləri:
o Azərbaycan dili – əla
o Rus dili - yaxşı
o Digər xarici dil bilmək arzuolunandır 
• Qeydiyyat: Bakı şəhəri

Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Dispetçer” vəzifəsinin qeyd edilməsi zəruridir. 
Son müraciət tarixi isə avqustun 25-nə kimidir.