Universitetlərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır | Təhsil Elanları
Universitetlərin boş qalan yerlərinə ixtisas seçimi başa çatır
Bölmə:Tələbə qəbulu 855 dəfə oxunub
19.08.2016

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam  orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir.

TQDK-nın mətbuat xidmətindən Tehsil.im-ə verilən məlumata görə, bu gün saat 10:15-ə olan məlumata görə ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və orta ixtisas təhsili müəssisələri üzrə 518 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 745 abituriyent isə ixtisasları  qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Yalnız orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərdən 16979 nəfəri elektron ərizəsini təsdiq edib, 1855 abituriyent isə ərizəsini təsdiq etməyib.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.