Təhsil Nazirliyi xaricdə oxuyan tələbələrə müraciət etdi - VİDEO | Təhsil Elanları
Təhsil Nazirliyi xaricdə oxuyan tələbələrə müraciət etdi - VİDEO
Bölmə:Xaricdə Təhsil 2400 dəfə oxunub
17.08.2016

Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə oxuyan və oxumağa hazırlaşan tələbələrə müraciət edib.

Tehsil.im-in məlumatına görə, nazirlikdən bildirilib ki, xaricdə təhsil almaq istəyirsinizsə seçəcəyiniz ali təhsil müəssisəsinin dövlət və ya beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınıb-tanınmadığı əvvəlcədən araşdırılmalıdır. 

Bunun ən qısa yolu isə http://www.enic-naric.net/ saytına daxil olub, müvafiq ölkəni seçib, siyahı universitetin adının olub-olmadığı ilə maraqlanmaqdır. 

Nazirlik bu və ya digər məlumatlarla bağlı maarifləndirici videoçarx hazırlayıb.

Həmin videonu təqdim edirik: