Bakcelldən vakansiyalar | Təhsil Elanları
Bakcelldən vakansiyalar
Bölmə:İş Elanları 1964 dəfə oxunub
21.09.2014

Vəzifənin adı: Baş direktorun icraedici köməkçi

Vəzifə təlimatı: İş cədvəlini effektiv tərzdə idarə etmək və digər məsuliyyətli, kompleks və məxfi inzibati, katiblik, təhlil və araşdırma xarakterli tapşırıqları icra etməklə Baş İcraçı Direktor və digər rəhbər vəzifəli şəxslərə dəstək göstərmək; mürəkkəb maliyyə və inzibati hesabatları, vaxt cədvəllərini, alış sifarişlərini hazırlamaq, sifarişləri anbardan müvafiq şöbələrə ötürmək; şöbənin əməliyyat və prosedurlarının təkmilləşdirilməsinə dair tövsiyələr hazırlamaq; xüsusi müştəri şikayətlərinə nəzarət etmək; dövlət qurumlarından daxil olan maliyyə öhdəliklərini yerinə yetirmək və şikayət, nömrə sifarişləri və s. kimi sorğulara cavab vermək; görüş cədvəlləri və təqvimlərə nəzarət edib gözlənilən iştirakçılara bildirişlər göndərmək, görüş öncəsi və görüş sonrası sənədləşməni tərtib etmək, iclas protokollarını hazırlamaq; tələb olunan yerdə icraata nəzarət etmək; səyahətlərin təşkili üzrə koordinasiya işlərini yerinə yetirmək.

Təhsil: Bakalavr Dərəcəsi

Dil bilikləri: Azərbaycan, Rus və İngilis

Komputer bacarıqları: MS Office – Word, Excel; Outlook; PowerPoint

İş təcrübəsi: 2-5 il iş təcrübəsi

Satış öncəsi mühəndisi

  • Əsas vəzifəsi Bakcell İT, Texnologiya, Satış və müştəritər arasında əlaqə yaratmaqdan ibarətdlr.
  • Rəhbərlik tərəfindən verilən satış öncəsi planları həyata keçirmək
  • Müştəriləri nəzarətdə saxlamaq. Müştərilər tərəfindən e-mail vasitəsi ilə göndərilən, telefonla soruşulan, Satış Təmsilçiləri və birbaşa rəhbərlik tərəfindən təqdim ediiən bütün texniki sorğulara/taləblərə vaxtında cavab vermək,
  • Satış müqavlələrində bütün texniki məsələlərin əhatə olunmasını təmin etmək üçün bu müqavilələri təqib etmək
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş aylıq hədəflərə nail olmaq.
  • Korporativ və fərdi müştərilər üçün M2M, İcarə xətti, Sabit GSM, Sabit xətlər, Korporativ ƏDX, TV pr., İP üzrə hüquqi müqavilələr/qoşmalar/sənədlər tərtib etmək və onların daha sonra imzalanması və icra olunmasını təmin etmək
  • Həftəlik / aylıq fəaliyyətlərə dair hesabatlar / təqdimatlar təqdım etmək

Maliyyə hesabatları üzrə böyük Mühasib

Baş kitabın vaxtında bağlanması; Baş kitabın muhabirləşmələrin verilməsi; Aylıq maliyyə hesabatların hazırlanması (balans, gəlir və xərclər haqqında hesabat və s.); Maliyyə və əməliyyət əmsalların aylıq hesablanması; Yeni maliyyə hesabatların yaradılmasında dəstək; GAAP və yerli muhasibat standartları üzrə hazırlanmış baş kitablarının üzləşdirilməsi

CV-lərinizi Bakcellin rəsmi saytında yükləyə bilərsiniz.

Son tarix: 01.10.2014