Magistraturaya ayrılan 2585 yer boş qalıb | Təhsil Elanları
Magistraturaya ayrılan 2585 yer boş qalıb
Bölmə:Magistratura 1518 dəfə oxunub
15.08.2016

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbul üzrə Dövlət Komissiyasından Tehsil.im-ə verilən məlumata görə, magistraturanın boş qalan 2 890 plan yerinin müsabiqəsində iştirak etmək üçün 605 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 305 nəfər magistratura səviyyəsinə qəbul olunub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan 25-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 16-da "Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.