Sumqayıtın ən yüksək bal toplamış gəncləri harada təhsil alacaqlar? | Təhsil Elanları
Sumqayıtın ən yüksək bal toplamış gəncləri harada təhsil alacaqlar?
Bölmə:Tələbə qəbulu 939 dəfə oxunub
12.08.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Görəsən Sumqayıt şəhəri üzrə ən yüksək bal toplayan gənclər harada təhsil alacaqlar? Elə bu sualla Sumqayıt üzrə ən yüksək nəticə göstərərək 696 bal toplayan Texniki və Təbiət Elmlər Liseyinin məzunu Elgün Cəfərova müraciət etdik. E. Cəfərov bildirdi ki, o Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil alacaq.
Ali məktəbə qəbul imtahanlarında şəhər üzrə ikinci nəticə göstərən və 695 bal toplayan Sumqayıt şəhər 1 saylı orta məktəbin məzunu Aytən Hacıyevanın da seçimi Hüquqşünaslıq fakültəsi olub. Amma o Elgündən fərqli olaraq Prezident yanında Dövlət İdarəetmə Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul olub.
Xeberle.com olaraq tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq.