Bu il universitetlərə neçə nəfər qəbul olundu? - RƏSMİ | Təhsil Elanları
Bu il universitetlərə neçə nəfər qəbul olundu? - RƏSMİ
Bölmə:Tələbə qəbulu 838 dəfə oxunub
12.08.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 11-də elan edib.

TQDK-nın mətbuat xidmətindən Tehsil.im-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tələbə adı qazanmış şəxslər avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 12-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaqdır.

TQDK tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.