“TQDK-nın apardığı statistik təhlillər elmi əsaslara söykənir” – Məleykə Abbaszadə | Təhsil Elanları
“TQDK-nın apardığı statistik təhlillər elmi əsaslara söykənir” – Məleykə Abbaszadə
Bölmə:Tələbə qəbulu 446 dəfə oxunub
12.08.2016

“Komissiyanın bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür. Bu isə TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır”.
TQDK-dan APA-ya verilən məlumata görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qurumun iclasında çıxışı zamanı deyib.
M. Abbaszadə çıxışında eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də məlumat təqdim edərək qeyd edib ki, qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır.
Bu istiqamətdə problemin aradan qaldırılması üçün iclas iştirakçıları arasında fikir mübadiləsi aparılıb.