Dövlət qulluğuna sənəd verənlərin nəzərinə! | Təhsil Elanları
Dövlət qulluğuna sənəd verənlərin nəzərinə!
Bölmə:Dövlət qulluğu 4265 dəfə oxunub
11.08.2016

Namizədlərin nəzərinə ! 

9 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komisiya 12 və 19 iyul tarixlərdə elan etdiyi müsabiqələr üzrə qeydə alınmış namizədlərin nəzərinə çatdırır ki:

 

  • test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması 10 avqust 2016-cı il tarixə kimi qüvvədə olan qanunvericiliyə uyğun qaydada aparılacaq;
  • test imtahanı zamanı namizədlərə təqdim olunan test tapşırıqları 10 avqust 2016-cı il tarixə kimi qüvvədə olan qanunvericiliyə uyğun olacaq;
  • dəyişikliklərə əsasən test imtahanından keçmək barədə sertifikatın formasınının Nazirlər Kabineti tərəfindən iki ay müddətində müəyyən edilməsi nəzərdə tutulduğundan bu müsabiqələrdə test imtahanı mərhələsindən uğurla keçən namizədlərə sertifikat verilməyəcəkdir.