Bölmə:Tələbə qəbulu 525 dəfə oxunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini avqustun 9-da elan edib. TQDK-dan Tehsil.im-ə verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqənin nəticələrinə əsasən, boş qalan 2698 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3113 abituriyent ərizə təqdim edib. Onlardan 2122 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları avqustun 10-da “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.