Rezidenturaya qəbul olanların NƏZƏRİNƏ | Təhsil Elanları
Rezidenturaya qəbul olanların NƏZƏRİNƏ
Bölmə:Tələbə qəbulu 736 dəfə oxunub
08.08.2016

Səhiyyə Nazirliyi 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslərə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmuş şəxslər iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri avqustun 9-dan 15-dək (beş iş günü ərzində) Səhiyyə Nazirliyinə (Akad. M.Mirqasımov küç. 1A) təqdim edərək, nazirliklə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçmələri mütləqdir.

Nəzərinizə çatdıraq ki, rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında diplom və onun surəti daxildir.

Qeyd edək ki, qeydiyyatdan keçmə (ixtisaslar üzrə) aşağıda göstərilən qrafik üzrə aparılacaq.

Qeydiyyatdan keçmənin səmərəli təşkili üçün rezidenturaya qəbul olmuş şəxslərdən məhz ixtisasa ayrılmış gündə və saatda müraciət etmələri xahiş olunur.

Qeydiyyatdan keçmənin qrafiki (ixtisaslar üzrə)

 

Tarix

Saat

İxtisas

9 avqust 2016

10.00-13:00

Anesteziologiya-reanimatologiya

13.00-15:00

Ümumi cərrahiyyə

15:00-16:00

Travmatologiya-ortopediya

 

 

 

10 avqust 2016

10.00-13:00

Mamalıq-ginekologiya

10.00-13:00

Ürək-damar cərrahiyyəsi

13.00-16:00

Pediatriya

 

 

 

11 avqust 2016

10.00-13:00

Terapiya

13.00-15:00

Şüa diaqnostikası

15:00-16:00

Laboratoriya işi

15:00-16:00

Dermatovenerologiya

 

 

 

12 avqust 2016

10.00-11:00

Psixiatriya

11.00-12:00

Stomatologiya

12:00-13:00

Mikrobiologiya

12:00-13:00

Allerqologiya

13:00-14:00

Nevrologiya

13:00-14:00

Neyrocərrahiyyə

15:00-16:00

Kardiologiya

15:00-16:00

Nefrologiya

 

 

 

15 avqust 2016

10.00-11:00

Oftalmologiya

10.00-11:00

Gigiyena

11.00-12:00

Ftiziatriya

11.00-12:00

Sosial gigiyena və səhiyyənin təşkili

12.00-13:00

Yoluxucu  xəstəliklər

12.00-13:00

Epidemiologiya

13.00-14:00

Fizioterapiya və tibbi bərpa

13.00-14:00

Onkologiya

14.00-15:00

Otorinolarinqologiya

15.00-16:00

Endokrinologiya

15.00-16:00

Qastroenterologiya

15.00-16:00

Hematologiya

15.00-16:00

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

15.00-16:00

Uşaq  cərrahiyyəsi

15.00-16:00

Urologiya

15.00-16:00

Narkologiya

15.00-16:00

Revmatologiya

15.00-16:00

İmmunologiya

15.00-16:00

Şüa terapiyası

15.00-16:00

Üz-çənə cərrahiyyəsi

15.00-16:00

Plastik cərrahiyyə