Magistraturanın boş qalan plan yerlərinə ixtisaslaşma seçimi başlayır | Təhsil Elanları
Magistraturanın boş qalan plan yerlərinə ixtisaslaşma seçimi başlayır
Bölmə:Magistratura 1117 dəfə oxunub
06.08.2016

Avqsutun 8-dən Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə ixtisaslaşma seçimi başlayır. APA–nın xəbərinə görə, ixtisas seçimi avqustun 8-dən 14-dək davam edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib. “Magistr” jurnalının 6-cı nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

Bakalavrların nəzərinə çatdırılıb ki, jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib. Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.