Sumqayıtın başını uca edən vunderkindləri - SİYAHI (ÖZƏL) | Təhsil Elanları
Sumqayıtın başını uca edən vunderkindləri - SİYAHI (ÖZƏL)
Bölmə:Tələbə qəbulu 1164 dəfə oxunub
29.07.2016

Hər il olduğu kimi, bu il də ali məktəblərə qəbul imtahanlarında sumqayıtlı abituriyentlər fərqlənib.

Xeberle.com xəbər verir ki, Sumqayıt şəhəri ümumtəhsil məktəbləri üzrə 2016-cı ildə qəbul imtahanlarında 600-dən çox bal toplamış məzunların sayı 139 nəfərdir. Onlardan 650-dən çox bal toplayanların sayı 45 nəfərdir.

Məktəblərə gəldikdə isə Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 42 məzunundan 27 nəfəri 600-dən yuxarı bal toplayıb.

Texniki və Təbiət Elmləri Liseyi də bu il qəbul imtahanlarında yüksək nəticə göstərib. Belə ki, məktəbin 46 məzunundan 20 nəfəri 600-dən yuxarı nəticə göstərib.

Sonrakı sırada isə "İstedad” liseyi gəlir. Liseyin 12 məzunun nəticəsi 600 baldan yuxarıdır.

Qəbul imtahanlarında 680-dən çox bal toplayan Sumqayıt məktəblilərinin sayı isə 11 nəfərdir.

Bu il qəbul imtahanlarında Sumqayıt abituriyentləri arasında ən yüksək bal toplayan Texniki və Təbiət Elmləri Liseyinin məzunu Cəfərov Elgün İlqar oğludur. O, III ixtisas qrupu üzrə keçirilən imtahanlarda 696 bal toplayaraq Sumqayıt birincisi olub.

Sumqayıt şəhər 1 nömrəli orta ümumtəhsil məktəbinin məzunu Hacıyeva Aytən Rafiq qızı isə III ixtisas qrupu üzrə keçirilən imtahanlarda 695 bal toplayaraq ən yüksək nəticə göstərənlər sırasına adını yazdırıb.

İlk üçlükdə isə 34 nömrəli orta məktəbin məzunu İbrahimova Fidan Mənsur qızı yer alıb. Belə ki, o, II ixtisas qrupu üzrə keçirilən imtahanlarda 692 bal toplayıb.

Ən yüksək bal toplayanlar arasında Təbiət Elmləri Təmayüllü Gimnaziyanı xüsusi qeyd etmək lazımdır. Çünki, bu gimnaziyanın 6 məzunu 680-690 arası bal toplayıb.

Onlarla tanış olaq:

1.Mehdiyeva Könül Ceyhun qızı IV ixtisas qrupu üzrə keçirilən imtahanlarda 690 bal toplayıb.

2.Süleymanlı Elfan Sərviz oğlu II ixtisas qrupu üzrə keçirilən imtahanlarda 685 bal toplayıb.

3.Həsrətli Pərviz Seymur oğlu I ixtisas qrupu üzrə keçirilən imtahanlarda 685 ballıq nəticə göstərib.

4.İmanli Səbuhi Fəxrəddin oğlu II ixtisas qrupu üzrə keçirilən imtahanlarda 683 balla adını yüksək nəticə göstərənlər sırasına yazdırıb.

5.Məmmədov Kənan Şəfahət oğlunun II ixtisas qrupu üzrə keçirilən imtahanlarda nəticəsi isə 681 baldır.

6.Daşdəmirov Nicat Şaiq oğlu da I ixtisas qrupu üzrə keçirilən imtahanlarda 680 bal toplayaraq sevinənlər sırasındadır.

Texniki və Təbiət Elmləri Liseyinin 2 məzunu da 680 bal toplayıb. Əliyev Elxan İlqar oğlu III ixtisas qrupu üzrə keçirilən imtahanlarda, Gəncəliyeva Leyla Gəncəli qızı isə IV ixtisas qrupu üzrə keçirilən imtahanlarda yüksək nəticə göstərib.