Hərbçi oğlu imtahanda 700 bal topladı | Təhsil Elanları
Hərbçi oğlu imtahanda 700 bal topladı
Bölmə:Tələbə qəbulu 978 dəfə oxunub
26.07.2016

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 23-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirdiyi imtahanda 4 nəfər 700 bal toplayıb.

Belə ki, imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərib.

AzVision.az xəbər verir ki, rekorda imza atan abituriyentdən biri İsayev Elvin Manaf oğludur. 9 və 10-cu siniflərə “Hədəf” kurslarında təhsil alan E.İsayev III ixtisas qrupu üzə maksmum nəticə göstərərək 700 bal toplayıb.

Məlumata görə, onun atası Manaf İsayev hərbçidir.