Dövlət idarəsində təcrübə imkanı!
Bölmə:İş Elanları 1609 dəfə oxunub
Bölmə:İş Elanları 1609 dəfə oxunub
17.09.2014
Tehsil.im xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər müraciət edə bilərlər.
Tərcümeyi halınızı press@bakuedu.gov.az ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə telefonu: (012) 441 – 62 - 87
441 – 04 – 99
Sektorlar:
İnsan resursları
İctimaiyyətlə əlaqələr
Ümumi təhsil
Məktəbdənkənar təhsil
İnformasiya təminatı
Ümumi sektor
Təminat və təchizat sektoru