DQMK yeni ümumi müsahibə elan etdi!
Bölmə:Dövlət qulluğu 4164 dəfə oxunub
Bölmə:Dövlət qulluğu 4164 dəfə oxunub
08.07.2016
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir. Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 05 iyul 2016-cı il tarixdən 25 iyul 2016-cı il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.