Komputer mütəxəssisi olmaq istəyənlər üçün - IT Kursu! | Təhsil Elanları
Komputer mütəxəssisi olmaq istəyənlər üçün - IT Kursu!
Bölmə:Kurslar 3232 dəfə oxunub
22.06.2016

Əziz Dostarımız !

MK Təlim Klubu, möhtəşəm bir yay kampaniyası ilə yenidən sizlərin xidmətinizdədir !

1 İyuldan etibarən, həftə sonları şənbə və bazar peşakar və təcrübəli IT Mütəxsəssisi olan Miryusif Rəhimovun təqdimatında 6-8 nəfərlik qruplar şəklində IT Kursu başlayır !

Kurs haqqında məlumat :

Bu kursun vəzifəsi kompüterin tərkib hissələrinin arxitekturası ilə tələbələri tanış etməkdir. Kompüterlərin yığılması və o cümlədən modernləşdirilməsi ilə bağlı təcrübə biliklərinin qazandırılmasına malikdir. Kurs Nəzəri və Praktiki olaraq iki hissədən ibarətdir.

Kompüterlərin yığılması, sazlanması və gücləndirilməsi üzrə keçirilən kurs, kompüterin quruluşu haqqında təsəvvürü olan və ya olmayan, hərkəs üçün nəzərdə tutulmuşdur.

Bu kurs özündə nəzəri materialların təcrübə ilə mənimsənilməsini birləşdirir. Praktiki iş zamanı tələbələrdə kompüterlərin yığılması və modernləşdirilməsi üzrə peşəkar vərdişlər formalaşacaqdır. Tədris proqramının professional şəkildə tərtibatı tələbələr tərəfindən dərs materiallarının səmərəli və effektiv mənimsənilməsinə imkan yaradır.

Bu kursu bitirdikdən sonra tələbələr müstəqil şəkildə müxtəlif növ kompüterləri yığa və ya modernizasiyasını həyata keçirə biləcəklər. Windows əməlliyat sistemini yükləyə və konfiqurasiya edə biləcək, stasionar kompüterlərin və noutbukların texniki xidmətini həyata keçirəcəklər.

Kursun tərkibində aşağıda qeyd edilənlər keçiriləcəkdir.

• Kompüterlərin yığılması və gücləndirilməsi

• Daxili qurğuların tanıdılması və quraşdırılması (Prosessor, RAM, VGA, Hard Disk, Ana plata, Enerji bloku vs)

• Windows XP/7/8/10 əməliyyat sistemlərinin yüklənilməsi

• Proqramların və drayverlərin yazılması

• Proqramlara Keygen, Crack və digər müxtəlif aktivasiyaların edilməsi.

• Kompüterlər arasında şəbəkənin qurulması

• TCP/IP təyini, HUB, SWITCH və digər qurğuların şəbəkədə istifadəsi.

• Şəbəkədə internetin bütün kompüterlər arasında paylanması.

• Şəbəkədə istifadə olunan proqramlar və s.

• Kompüter ustasına lazım olan əlavə proqram təminatları (Parolların ləğv olunması, HDD kopyalanması, Mini XP istifadəsi və s.)

• Kompüterə əlavə qurğuların qoşulması (printer, skaner, veb-kamera vs).

QEYD: İştirakçı haqqı aylıq - 30 AZN'dir .

Kursun müddəti 3 aydır və sonunda iştirakçılar imtahan nəticələrə uyğun olaraq SERTİFİKAT veriləcəkdir.

Əlavə məlumat və Qeydiyyatdan keçmək üçün:
(+994 50) 677 51 95  (Whatsapp)
 
Ətraflı məlumat və dərslərə qoşulmaq üçün whatsapp'da (050) 677 51 95 nömrəsinə yazaraq qeydiyyatdan keçə bilərsiniz.