"FINCA Azerbaijan"da kredit mütəxəssisi olmaq istəyənlərin nəzərinə! | Təhsil Elanları
"FINCA Azerbaijan"da kredit mütəxəssisi olmaq istəyənlərin nəzərinə!
Bölmə:İş Elanları 1040 dəfə oxunub
15.09.2014

“150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən “FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı Zaqatala, Şəki, Qax, Oğuz, Masallı, Gədəbəy və Abşeron şəhərlərində yerləşən filiallarına “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək məqsədilə kredit işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər axtarır. Gənc Kredit İşçisi kimi seçiləcək namizədlər  40 gün davam edən layihənin sonunda imtahan verəcək və nəticədən asılı olaraq həmin şəxslərin Kredit İşçisi vəzifəsinə keçirilməsi müəyyənləşdiriləcəkdir.

 TƏLƏBLƏR:

  • Ali və ya orta texniki təhsilli məzunlar;
  • Baza riyazi biliklər;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

GKİ layihəsinə müraciət etmək üçün iş təcrübəsinin olması vacib tələb deyildir. 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • FINCA məhsulları barədə ətraflı məlumat toplamaq, suallar yarandıqda Kredit Supervayzeri və yönəldiciyə müraciət etmək;
  • Kredit verilməsi prosesi ilə əlaqədar olan forma və sənədlərin doldurulmasını yönəldicidən öyrənmək;
    • Müştərilərin sosial-maliyyə vəziyyətinin təhlili prosesində iştirak etmək, formalarla tanış olmaq, formaların doldurulmasında yönəldiciyə yardım etmək;
  • Ehtiyac olarsa, yönəldici ilə birlikdə girova baxış keçirmək, girovun qiymətləndirilməsi ilə bağlı yönəldicidən öyrənmək və öyrəndiklərini dəqiqləşdirmək üçün suallar vermək;
  • Problemli müştərilərlə iş prosesində yönəldicini izləmək və s.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 26 Sentyabr 2014-cü il tarixindən gec olmamaq şərtilərecruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvanlara təqdim etməyiniz xahiş olunur:

Ünvan: Zaqatala şəhəri, Vidadi küçəsi, Sosial Müdafiə Fondunun yaxınlığında;

Telefon: (0174) 5 21 18;

Ünvan: Masallı, H.Əliyev pros.

Telefon:  (025) 215 11 05: (055) 455 25 17

Ünvan: Qax şəhəri, Heydər Əliyev prospekti (köhnə avtovağzal ilə üzbəüz). Telefon: (024)25 5-24-15

Ünvan: Oğuz şəhəri, H.Əliyev prospekti 16A;  Telefon: (02421)  5 21 78

Ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti 44; Telefon: (024) 244 43 36, (024) 244 28 62,

Ünvan: Şəmkir, S.Vurğun küç., 145: Gədəbəy, S.Vurğun küç. Gədəbəy polis şöbəsinin qarşısı  Telefon: (055) 455 25 78: (022) 305 45 37