Paşa Sığortada vakansiyalar | Təhsil Elanları
Paşa Sığortada vakansiyalar
Bölmə:İş Elanları 1478 dəfə oxunub
14.09.2014

“PAŞA Sığorta” şirkətində çalışmaq – Azərbaycanın ən dinamik inkişaf edən və perspektiv sığorta şirkətlərinin birində öz karyerasını praktiki olaraq sıfırdan qurmaq üçün şans əldə etmək deməkdir.

“PAŞA Sığorta” şirkətində karyera qurmaq arzusunda olan namizədlər bu ünvana müraciət edə bilərlər: recruitment@pasha-insurance.az

Təqdim edilmiş CV-lər (rezümelər) nəzərdən keçirilib qeydiyyata alınacaqlar. Şirkətdə yeni vakansiya yaranan kimi, əgər namizədin təhsil səviyyəsi, əmək təcrübəsi, bilik və bacarıqları onun arzuladığı vəzifəyə müvafiq olacaqsa, onda bu namizəd müsahibəyə dəvət ediləcəkdir.

Mövcud vakansiyalar


Vəzifə: MIS proqramçı
Təhsil: Ali texniki təhsil

İş təcrübəsi: Əlaqəli sahədə 3 il

Biliklər: ASP.Net platforması və C# proqramlaşdırma dili. SQL sorğu dili və Microsoft SQL Server 2008 R2 / 2012. Yaxşı səviyyədə azərbaycan, rus və ingilis dilləri

Xüsusi bacarıqlar: Daxili müştəri ilə işləmək bacarığı, bir neçə layihəni eyni zamanda idarəetmə bacarığı, təqdimat etmə bacarığı

Şəxsi keyfiyyətlər: Dəqiqlık, stressə davamlılıq, məsuliyyətlilik, çeviklik, qeyri-emosional, çalışqanlıq, yaranan vəziyyətə tez reaksiya göstərmə bacarığı, kollektivdə çalışma bacarığı, məntiqi və analitik düşünmə tərzi

Vəzifə: Risk Meneceri
Təhsil: İqtisadi kibernetika, İqtisadiyyat, maliyyə, riyaziyyat, idarəetmə üzrə ali təhsili (Xaricdə təhsil alanlara üstünlük verilir)

İş təcrübəsi: Risklərin idarə edilməsi, maliyyə və ya audit istiqamətində 2 il iş təcrübəsi (Xarici audit, bank və ya sığorta şirkətlərində iş təcrübəsinə üstünlük verilir)

Biliklər: Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel və MS Power Point-dan istifadə bacarığı, həmçinin qabaqcil səviyyədə azərbaycan, rus və ingilis dilləri bacarığı

Xüsusi bacarıqlar: Yüksək təqdimat bacarığı, kollektivdə çalışma, ünsiyyət qurmaq qabiliyyəti, məntiqi və analitik düşünmə tərzi, müvafiq sahələr üzrə riskləri və qabaqlayıcı tədbirləri anlamaq bacarığı.

Şəxsi keyfiyyətlər: Məsuliyyətli, stressə davamlı, qeyri aqressiv, dəqiq.