"Unibank"da VAKANSİYA | Təhsil Elanları
"Unibank"da VAKANSİYA
Bölmə:İş Elanları 1590 dəfə oxunub
12.09.2014

Unibank Kommersiya Bankına Strateji Planlaşdırma və Layihələrin İdarəolunması Departamentinə Mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

İşin təsviri:

- Bankın layihələri ilə intensiv iş, mütəmadi yazışmalar, layihələrin sənədləşməsi və xüsusi proqram təminatı vasitəsilə izlənməsi.
- Layihə idarəolunmasının müxtəlif fazalarında iş.
- Bir neçə fərqli departamentlə danışıqlar və layihələrin koordinasiyasında iştirak.

Namizədə olan tələblər:

• 21 yaşdan yuxarı ali təhsilli xanımlar
• 1 il iş təcrübəsinə malik. Korporativ fundamental bilik və bacarıqların olması şərtdir.
• Azərbayan dilini çox yaxşı bilməli, rus və ingilis dillərində danışma və yazma bacarığı yaxşı olmalıdır.
• Kompyuter bilikləri: MS Word, MS Excel, MS PowerPoint proqramlarını yaxşı bilməlidir. Digər proqramları bilməsi üstünlükdür.

İş şərtləri:

• Çox dinamik və maraqlı iş mühiti
• Davamlı professional inkişaf
• İş qrafiki: 09:00 – 18:00
• Əmək haqqı rəqabətcildir, namizədlə görüşdən sonra müəyyən ediləcəkdir

Yuxarıda qeyd olunan tələblərə uyğun olan namizədlərdən cv@unibank.az elektron ünvanına CV göndərmələri xahiş olunur. Məktubun mövzu bölməsində, “CV project management” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Son müraciət:
cümə axşamı, Oktyabr 9, 2014