"Brand Training" təliminə az qaldı! | Təhsil Elanları
"Brand Training" təliminə az qaldı!
Bölmə:Təlimlər / Trainings 2085 dəfə oxunub
13.06.2016

19 iyun saat 12:00-da Azərbaycan Dillər Universitetində, respublikanın "PR" və "Marketing" sahəsində ixtisaslaşmış təlimçiləri tərəfindən "Brand Training" təlimi keçiriləcəkdir. Artıq məlum olduğu kimi təlim hal-hazırda gündəmdə aktual sahələr olan PR və Marketing sahələrini əhatə edəcək.

Təlim 2 hissədən ibarətdir:

İlk hissə Marketing haqqında zəngin informasiyaya malik olan,həmçinin "189 Taxi","From.ae", və "Camex.az" şirkətlərinin Marketing rəhbəri Samir Kərimov tərəfindən keçiriləcəkdir. Təlimin bir o qədər maraqlı digər hissəsini ölkənin ən aktiv PR mütəxəsislərindən biri olan həmçinin PR akademiya şirkətinin rəhbəri Nuranə Ağazadə keçəcəkdir. Təlimdə yerlər məhdud olduğundan, qeydiyyat üçün tələsin.

Qeydiyyatdan keçmək üçün: (+994775037948) əlaqə nömrəsinə, ad və soyad yazmağınız kifayətdir. Təlimdə iştirak edən hər kəs, SERTİFİKATla təmin olunacaq.