İşsizlər bu elanı oxusun! | Təhsil Elanları
İşsizlər bu elanı oxusun!
Bölmə:İş Elanları 1423 dəfə oxunub
09.09.2014

SYSLAB Bakı Mərkəzi üçün iştirakçı seçimi elan edir!

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin Syslab şirkəti ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsində iştirakçı seçimini elan edir.

Layihənin məqsədi işsiz və iş axtaran vətəndaşlar üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. İştirakçılar iş axtarma fəaliyyətini layihə çərçivəsində yaradılan SYSLAB Bakı Mərkəzində gündəlik iş rejimində, həftənin 5 günü saat 10:00-15:00 arası olmaqla həyata keçirəcəklər. Layihə periodu işaxtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma, şəbəkənin genişləndirilməsi, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. olmaqla bir neçə mərhələdən ibarətdir. Layihədə iştirak müddəti maksimum 4 aydır. İştirakçılar iş taparkən layihəni tərk edirlər. İştirakçılara layihənin sonunda sertifikat və tövsiyə məktubları veriləcək. İştirakçılar müxtəlif yaş, ali təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan isşiz və iş axtaran şəxslərdən 40 nəfər olmaqla, seçiləcək.
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq:
• Namizəd ali təhsilli (təhsilini başa vurmuş) olmalı;
• Motivasiyalı olmalı;
• Layihəyə müraciət etdiyi dövrdə işsiz olmalı;
Bakı Syslab Mərkəzi Norveçin SYSLAB (Systems Laboratory for İnnovation) təcrübəsi əsasında təsis edilib və fəaliyyət göstərir. Təcrübədə layihədə iştirak etdikləri müddət ərzində orta hesabla iştirakçıların 80%-i iş tapmağa müvəffəq olurlar. Mərkəz il ərzində 80-100 nəfər iş axtaran şəxslərə təlim dəstəyi göstərmək və iş axtaranları əmək bazarına inteqrasiya etmək məqsədi daşıyır.
Layihədə iştirak ödənişsizdir.
Maraqlanan şəxslərdən öz CV-lərini 30 sentyabr, 2014-cü il tarixinədək ilaha.rasulova@undp.org ünvanına göndərmələri xahiş olunur.