"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosasiyası İB-i yeni layihəyə başlayır | Təhsil Elanları
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosasiyası İB-i yeni layihəyə başlayır
Bölmə:Elanlar 870 dəfə oxunub
08.06.2016

"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosasiyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə qayğısından məhrum olma riski altında olan uşaqlar arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsinə start verib.

2016 – cı il iyun ayının 1-dən başlayaraq “SOS Uşaq Kəndləri- Azərbaycan” Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə ailə qayğısından məhrum olma riski altında olan uşaqlara və onların himayədarlarına xidmət göstərən yeni layihənin icrasına başlayıb. Uşaqların öz valideynlərinin himayəsindən məhrum olma riskinin aradan qaldırılması və ailələrin müstəqil surətdə öz uşaqlarının ehtiyaclarının qarşılamağına qadir olmaları üçün Bakı şəhəri Xətai rayonu və ya ona qonşu olan rayon ərzaisində yaşayan, iqtisadi-sosial vəziyyəti qənaətbəxş olmadığından 50 uşağın qayğısına qalmaqda çətinlik çəkən 20 himayədar layihənin göstərdiyi xidmətlərdən bilavasitə yararlanacaqlar.

Layihənin yekunu olaraq 20 nəfər işsiz himayədarın məşğulluq potensialları araşdırılacaq və onlarla peşəyönümlü məsləhətləşmələr aparılacaq, məşğulluq və özünü məşğulluq imkanlarının əldə olunması üçün məlumatlar veriləcək, bilik və bacarıqların və səriştələrin artırılacaq, 10 nəfər işsiz himayədar əmək bazarında münasib işlərlə təmin olunmaları üçün müvafiq qurumlara və xidmət təşkilatlarına yönləndiriləcək, 5 nəfər işsiz himayədar müvafiq peşə və yaxud istisasartırma kurslarına yönləndiriləcək, 15 nəfər işsiz himayədar fərdi kiçik sahibkarlıq və ya özünü məşğulluq fəaliyyətinə başlamaları üçün təlimatlandırılacaqdır.

"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyi əsası 1949-cu ildə Avstriyanın İmst şəhərində Herman Qmayner tərəfindən qoyulmuş "SOS Children‘s Villages International" humanitar təşkilatının bir üzvüdür. "SOS Children‘s Villages International" təşkilatı valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları irqindən, milli mənsubiyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri, ailə mühiti ilə təmin edir, onları müstəqil həyata hazırlayır.

Tehsil.im