İş axtaranlara şad xəbər! | Təhsil Elanları
İş axtaranlara şad xəbər!
Bölmə:İş Elanları 1611 dəfə oxunub
09.09.2014

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftə 7 rayonda əmək yarmarkaları keçirəcək

Tehsil.im-in ƏƏSMN-ə istinadla verdiyi məlumata görə, nazirlik respublikanın regionlarında işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkalarını davam etdirir.

Belə ki, bu həftə ƏƏSMN tərəfindən növbəti Əmək yarmarkalarının sentyabrın 10-da Zaqatala və Bərdə, sentyabrın 11-də Balakən, sentyabrın 12-də isə Ağdam, Lerik, Biləsuvar və Abşeron rayonlarında keçirilməsi nəzərdə tutulur.

Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara, habelə kvota üzrə iş yerləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə təqdim olunacaq. Aktiv məşğulluq tədbirlərində peşə hazırlığı və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən vətəndaşlar qeydə alınacaq.

Qeyd olunan rayonların Məşğulluq mərkəzləri tərəfindən yarmarkalara hazırlıqla bağlı idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatların toplanması işi aparılır.