Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ümumi müsahibə elan edir | Təhsil Elanları
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ümumi müsahibə elan edir
Bölmə:Dövlət qulluğu 1140 dəfə oxunub
05.09.2014

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçünümumi müsahibə elan edir.

Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 03 sentyabr 2014-ci il tarixdən 22 sentyabr 2014-cü il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.