Vakansiya - Daxili Audit Mütəxəssisi | Təhsil Elanları
Vakansiya - Daxili Audit Mütəxəssisi
Bölmə:İş Elanları 1080 dəfə oxunub
01.09.2014

Əmək haqqı 550-1000AZN

Vəzifə: Daxili Audit Xidmətinin Mütəxəssisi
İşəgötürən: Qala Həyat Sığorta Şirkəti
Namizədə tələblər:

• Maliyyə və ya riyaziyyat üzrə təhsil
• Sığorta şirkətində audit sahəsində minimum 2 il təcrübə
• İT bilgiləri: 1C mühasibatliq proqramı, MS Windows, MS Office

İş barədə məlumat:

• Şirkətdə mövcüd olan bütün risklərin və bütün növ əməliyyatların auditini həyata keçirmək üçün audit öncəsi həmin sahələrin təhlilinin aparılmasında, auditin forması, müddəti və əhatə edəcəyi sahələr haqqında audit proqramının hazırlanmasında və onun audit olunanlarla müzakirəsində iştirak edir
• Şirkətin icra və nəzarət sistemlərində, risklərin idarə olunmasında (maliyyə resurslarının planlaşdırılması və onun icrası, uçot və statistika məlumatlarının dürüstlüyünün təmin edilməsi, onların ötürülməsi, işlənməsi, məlumat təhlükəsizliyi, eləcə də digər sahə və ya strukturlar üzrə Şirkətin fəaliyyətində) yol verilən, ya da verilə biləcək nöqsan və qüsurların qarşısının alınması üçün müxtəlif tədbirlərin görülməsi ilə bağlı öz təkliflərini verir
• Daxili Audit Xidmətinin iş planına uyğun olaraq audit layihələrində (monitorinq və ya təftişlərdə) iştirak edərək auditin gedişatında vaxtaşırı olaraq DAX-ın rəhbərini yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmazlıqlar barədə məlumatlandırır
• Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi

Ə/h; 550 – 1000 AZN

CV göndərərkən mövzu yerinə “Daxili Audit Xidmətinin Mütəxəssisi” yazaraq , CV-nizi e.mammadov@qala.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.