Polşada necə təhsil almaq olar? - OXUYUN
Bölmə:Xaricdə Təhsil 3713 dəfə oxunub
Bölmə:Xaricdə Təhsil 3713 dəfə oxunub
21.05.2016
Avropada tələbə üçün ən ucuz təhsil haqqı və yaşam xərclərinin olduğu Polşada təhsil almaq birçox Azərbaycanlı gəncin oxumaq istədiyi ölkələr siyahısındadır.
Nə üçün Polşada təhsil?
- İngiliscə təhsilin mövcudluğu
- Gündəlik həyatda rus dilinin mövcudluğu
- Yaşam xərclərinin münasib olması
- Dil hazırlıq proqramlarının mövcudluğu
- Dövlət universitetlərinə asan qəbul
Polşada hansı tanınmış universitetlər var?
- Kozminski Universiteti (Kozminski University)
- Lazarski Universiteti (Lazarski University)
- Lodz Tibb Universiteti (Medical University of Lodz)
- Poznan İqtisadiyyat Universieti (Poznan University of Economics)
- Poznan Tibb Elmləri Universiteti (Poznan University of Medical Sciences)
- Dizayn Məktəbi (School of Form)
- Lodz Texniki Universiteti (Technical University of Lodz)
- Poznan İncəsənət Universiteti (University of Arts in Poznan)
- İnformasiya Texnologiyası və İdarəetmə Universiteti (Uinversity of İnformation Technology and Management)
- Lodz Universiteti (University of Lodz)
- Wroclaw Universiteti (University of Wroclaw)
- Vistula Universiteti (Vistula University)
- Varşava Təbii və Humanitar Elmlər Məktəbi (Warsaw School of Science and Humanities – SWPS)
- Varşava Texnologiya Universiteti (Warsaw University of Technology)
- Wroclaw Texnologiya Universiteti (Wroclaw University of Technology)
Polşada universitetlərinə qəbul nə zaman başlayır?
- Əsasən mart ayından iyul ayının sonuna kimi qeydiyyat davam edir.
Polşada dərslər nə zaman başlayır?
- Dərslər hər il 1 sentyabr tarixində başlayır.
Polşada təhsil müddəti nə qədərdir?
- Polşada bakalavr təhsili 3-3,5 il, magistratura təhsili isə 1,5-2 il davam edir.
Polşada universitetlərində illik təhsil haqqı nə qədərdir?
- illik təhsil haqqı 2.000 euro-dan başlayır.
Polşada yaşam xərcləri nə qədərdir?
- universitetlərin yataqxanası aylıq 100 euro-dur.
- yemək və digər xərclərlə birlikdə aylıq xərciniz 250-350 euro olacaqdır.
Viza xərcləri nə qədərdir?
- Viza üçün heçbir xərc tələb olunmur.
Polşada oxuyan tələbə üçün işləmək icazəsi verilirmi?
- Polşada xarici tələbə 1 il oxuduqdan sonra ikinci ildən etibarən həftədə 20 saat işləməsi üçün rəsmi icazə verilir.
Polşada təhsil üçün ingilis dili hansı səviyyədə lazımdır?
- Əgər İELTS və Toefl imtahan nəticəniz varsa birbaşa təhsil ala bilərsiniz.
- Əgər ingilis dili bilmirsinizsə müsahibəyə girmək imkanınız var, həmçinin bir illik ingiliscə hazırlıq oxuya bilərsiniz.
Polşada universitetə qəbul üçün hansı sənədlər lazımdır?
- Bakalavr üçün (attestat)
- Magistratura üçün (diplom)
- Transklipt
- Xarici pasport
- Bank hesabının olması
- 4 ədəd şəkil
- Dil sertifikatı (əgər varsa)