ADA Universitetindən məktəblilərə çoxdan gözlədikləri XOŞ XƏBƏR! | Təhsil Elanları
ADA Universitetindən məktəblilərə çoxdan gözlədikləri XOŞ XƏBƏR!
Bölmə:Elanlar 2180 dəfə oxunub
18.05.2016

ADA Universiteti ilk dəfə olaraq məktəblilər üçün iyun-iyul aylarında Yay Düşərgəsi təşkil edəcək. 13-17 yaş arası yeniyetmələrə açıq olan düşərgə zamanı iştirakçılar maraqlı proqramla səmərəli vaxt keçirəcəklər. 
 
Düşərgə azərbaycan dilində təşkil edilsə də, iştirakçılar ingilis dili dərslərində ünsiyyət və təqdimat bacarıqlarını inkişaf etdirəcək, ADA Universitetinin müəllim heyətinin fərqli tədris metodikasını təcrübədən keçirəcəklər. 
 
Düşərgə proqramı həm akademik, həm də yaradıcı hissədən ibarət olacaq: iştirakçılar ümumi dünyagörüşü, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirəcək, yeni dostlar qazanacaq, eyni zamanda özlərini və qabiliyətlərini bir daha kəşf edəcəklər.
 
“Təmiz Şəhər” ASC-ilə birgə tərəfdaşlıqda düşərgə tullantıların idarəolunması mövzusunu diqqətdə saxlayacaq. Proqram zamanı məktəblilər Balaxanı qəsəbəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarına, “Tullantıdan Sənətə” muzeyinə səfər edəcək, öz əlləri ilə tullantıdan maraqlı əsər yaratmağa çalışacaqlar. Və beləlikə, ətraf mühitə qarşı daha məsuliyyətlə yanaşmağı öyrənəcəklər.
 
Proqram çərçivəsində yeniyetmələrə milli mədəniyyətimiz və ənənələrimizi, Bakı şəhərini qeyri-adi şəkildə tanıdacaq dərslər və ekskursiyalar da nəzərdə tutulub. ADA Universitetinin ən son texnoloji avadanlıqla təchiz edilən kampusunda keçiriləcək Yay Düşərgəsi informasiya texnologiyaları mövzusunu da diqqət mərkəzində saxlayacaq. İştirakçılar proqramlaşdırma bacarığı üzrə baza dərsləri alacaq və kompyuterlərin gündəlik həyatımızda artan rolu barədə əyləncəli oyunlarda iştirak edəcəklər.
 
 
Yay Düşərgəsinin uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif ediləcəklər. ADA Universitetinin birinci Yay Düşərgəsinə yerlər məhduddur. 
 
Düşərgənin ətraflı proqramı ilə buradan tanış ola bilərsiniz.
 
Yay Düşərgəsi tarixləri:
 
 
•1ci qrup:  20 iyun-1 iyul, 2016 
 
•2ci qrup:   4 iyul-15 iyul, 2016
 
Qəbul üçün təqdim olunmalı sənədlər:
 
 
•Tamamlanmış ərizə forması
 
•Şəxsiyyət vəsiqəsinin surəti
 
•1 ədəd fotoşəkil (3X4)
 
•Ödəniş qəbzinin surəti
 
        sponsoredprojects@ada.edu.az ünvanına göndərilməlidir.

ADA Universitetinin Yay Düşərgəsində ilk müraciət etmiş və sənədlərini tam şəkildə göndərmiş 80 namizəd qəbul olunacaqdır.

Sənəd qəbulu 10 may-10 iyun, 2016 tarixlərində davam edəcək. 
 
Ətraflı məlumat üçün əlaqə nömrəmiz:

Tel: (+994 12) 437 3235 (231)

 
Düşərgədə iştirak haqqı 500 AZN-dir. 
 
Ödəniş qaydaları:
 
 
 
•Bank köçürməsi üçün
 
 
 
Adı:                          PaşaBank ASC
 
Kodu:                      505141
 
VÖEN:                     1700767721
 
Müxbir hesab:      AZ82NABZ01350100000000071944
 
S.W.I.F.T. Bik:          PAHAAZ22
 
Adı:                          "ADA” Universiteti Fondu
 
 
Hesab №: AZ20PAHA00000000000010346084
 
VÖEN: 1502711031
 
•Nağd ödəniş üçün ADA Universitetinə yaxınlaşmaq lazımdır. (Yaxınlaşarkən şəxsiyyət vəsiqənizi gətirməyi unutmayın)
 
Ödəniş istənilən şəxs tərəfindən həyata keçirilə bilər. İştirakçının adı mütləq qeyd olunmalıdır.