Müsabiqə - Uçmağı Sevirəm! | Təhsil Elanları
Müsabiqə - Uçmağı Sevirəm!
Bölmə:Elanlar 681 dəfə oxunub
02.05.2016

Əziz dostlar! Təyyarə ilə səyahətə çıxarkən tez-tez selfi çəkdirməyi sevirsinizmi? Əgər sizin cavabınız "hə"dirsə, o zaman səhifəmizdəki müsabiqədə iştirak etməyin əsl vaxtıdır!

Bizə Azərbaycan hava limanlarının birində, "Azərbaycan Hava Yolları”-na məxsus təyyarənin salonunda və ya fonunda çəkilmiş öz selfi-fotoşəkillərinizi göndərin və Parisə iki aviabilet, həmçinin əlavə edilmiş bonuslarla birgə SW Bank Miles kartlarını qazanmaq şansını əldə edin!

Müsabiqədə iştirak şərtləri çox sadədir:

1. Səhifəmizin izləyicisi olmalısınız.
2. Selfi-fotoşəklini pr@azal.az e-mail ünvanına göndərməlisiniz. Biz həmin şəkli səhifəmizdə ayrıca albomda yerləşdirəcəyik. 
3. Fotoşəkliniz mümkün qədər çox paylaşılmalıdır (“Share”).

Daha çox “Share” olunan 10 fotoşəkil RANDOM.ORG

 saytı vasitəsilə təsadüfi qaydada 3 mükafat qazanmaq uğrunda mübarizə aparacaq:

1-cü yer: İki nəfərlik Bakı-Paris-Bakı aviabileti
2-cü yer: 500 bonus balı olan SW Bank Miles Gold bank kartı 
3-cü yer: 300 bonus balı olan SW Bank Miles Classic bank kartı

Müsabiqə açıq elan olunur! Fotoşəkillərinizi gözləyirik!
Hamıya uğurlar arzulayırıq!

Ətraflı iştirak şərtləri: https://www.facebook.com/notes/azerbaijan-airlines/m%C3%BCsabiq%C9%99-u%C3%A7ma%C4%9F%C4%B1-sevir%C9%99m/1040045446087706