Gənclər üçün yeni proqram! | Təhsil Elanları
Gənclər üçün yeni proqram!
Bölmə:Elanlar 1015 dəfə oxunub
02.05.2016

Bu gün real bizneslər yenilənir,təkmilləşir və ya geriləyir.Artıq nostalji biznes starategiyaları uğur qazandırmır.Gənclər isə axtarışdadır.Onlar inkişaf etmək hətta nə zamansa öz bizneslərini qurmaq haqqında düşünürlər.

Biz gəncləri daim yeniliklərlə təmin etməyə çalışırıq.
Bu səbəbdəəndə Biznes Simulyator Proqramını yaratdıq.

Proqramın məqsədi:

1.Gənclərin inkişafına tövhə vermək

2.Yeni beynəlxalq standardlarla tanış etmək

3.Biznes qurmağın yollarını öyrətmək

Proqrama daxil edilən mövzular:
1.Biznesin Strateji Planlaşdırılması
2.SWOT Analiz
3.İdarəetmədə McKinsey 7S modeli
4.Satış Psixologiyası
5.Menecmentin Prinsipləri
6.4P anlayışı
7.Biznesmen Psixologiyası

Təlim Prosesi:
Təlimlər 10 gün müddətində davam edəcək.İlk təlim 15 may tarixində start götürəcək.Təlimdə iştirakçılara biznes qurmağın bütün mərhələləri izah olunacaq.Mövzuların əsas hissəsi isə praktiki olacaqdır.

Yaş həddi və iştirakçı sayı:

Proqramda 18-35 yaş arası şəxslər iştirak hüququna malikdir.Maksimum iştirakçı sayı 45 nəfərdir.

Müraciət qaydası:

Facebook:https://www.facebook.com/orkhanway/ səhifəsinə daxil olub müraciət blankını doldura bilərsiniz.

Seçim Prosesi:

Seçimlər müraciətlərə əsasən olacaq.Potensial iştirakçı müsahibə mərhələsinə çağırılacaq və müsahibədən uğurla keçənlər proqramda iştirak hüququ qazanacaq. Qeyd:Proqramın sonunda ən aktiv 2 iştirakçı Azərbaycanda məhşur olan bir şirkətdə ödənişsiz təcrübə keçmək imkanı qazanacaq.

Son müraciət tarixi:
10.05.2016

Məlumat:
Orkhanway nədir?

Bu koçinq fəaliyyəti ilə məşğul olan yeni sistemdir.Sistem içərisində Youtube

üzərindən beynəlxalq metodlar əsasında Azərbaycan dilində video dərsliklər təqdim edilir.Dərsliklər Maliyyə,Marketinq,Menecment,Satış,Strateji Biznes,İqtisadi Hüquq və Psixologiya mövzularını əhatə edir.Bundan başqa Amerika Təlimçilər Assosiyasiyasının metodları əsasəndə fərqli təlimlər həyata keçirilir.
Əlaqə üçün:
Web:www.orkhanway.com