"Diqqət: Danışır Natiq!" Natiqlik sənəti üzrə İnteraktiv Master Klass - ÖDƏNİŞSİZ | Təhsil Elanları
"Diqqət: Danışır Natiq!" Natiqlik sənəti üzrə İnteraktiv Master Klass - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 1706 dəfə oxunub
29.04.2016

Tofiq Sadıxovun təqdimatında "Diqqət: Danışır Natiq!" Natiqlik sənəti üzrə İnteraktiv Master Klass.

Danışığınızla insanları idarə edin!

Günlük iş həyatında mütəmadi olaraq təqdimatlar və çıxışlar etməli oluruq. Bir çox hallarda isə bu təqdimatlar mühüm əhəmiyyətə malik olur. Natiqlik qabiliyyəti istənilən sahədə istənilən yaşda olan insan üçün çox vacib amildir. Fikrini düzgün və aydın ifadə etmək, auditoriyanı ələ almaq, çıxışını daha düzgün və maraqlı qurmaq, ətrafındakı insanları inandırmaq və başqa nüanslar bir çox situasiyalarda qarşımıza çıxır. Ritorika sənətinin detalları və incəlikləri qeyri-məhduddur. Karyerasında uğur əldə etmiş və nüfuzlu şəxslərin əksəriyyəti böyük natiqlərdir, bu səbəbdən Sizi karyera qurmaq üçün vacib olan bu sənətin incəliklərini öyrənməyə dəvət edirik.

Nə öyrənəcəksiniz?
Çıxış öncəsi həyəcan;
Auditoriyanı ələ almaq;
Fikrini düzgün və aydın ifadə etmək;
Ətrafındakı insanları inandırmaq;
Qurbağanı yemək;
Qəlyanaltı, Əsas Yemək və Desert;
Çıxışı yadda saxlamaq fəndləri;
Auditoriyadakı Təxribatlar;
Suallara cavab vermə texnikası;
Diqqəti özündə saxlama bacarıqları.

Təlimçi : Tofiq Sadıxov
Şəxsi inkişaf və karyera üzrə təlimçi ekspert.
Natiqlik, Layihə yazılışı, İdarəçilik, Komanda işi mövzularında sərbəst təlimçi və ekspert kimi çıxış edir.

Təşkilatçı : Qafqaz Universiteti və İnternational Research Club
Tərəfdaşlar : Sağlam Ailə Tibb Mərkəzi və Grow Center

İştirak ÖDƏNİŞSİZDİR!

DİQQƏT! Qafqaz Universitetinin tələbəsi olmayanlar özləri ilə birlikdə ŞƏXSİYYƏT VƏSİQƏlərini gətirməyi unutmasınlar!

Tarix : 6 may
Saat : 13:00
Məkan : Qafqaz Universiteti, Əsas bina, Akt zalı
Bütün tələbələrimiz dəvətlidir!

Qeydiyyat üçün : https://docs.google.com/forms/d/1NEg7NB8VKBHb9GFI-d9Tcus-vPtEQLyzX_1ft5rgUi8/viewform?c=0&w=1