Xaricdə təhsil alan tələbələrin nəzərinə! | Təhsil Elanları
Xaricdə təhsil alan tələbələrin nəzərinə!
Bölmə:Dövlət qulluğu 782 dəfə oxunub
14.04.2016

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində göstərilən dövlət orqanları istisna olmaqla, digər dövlət orqanlarında, o cümlədən də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ödənişsiz təcrübə keçməyə dəvət olunurlar.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan və gələcəkdə dövlət qulluğunda çalışmaq istəyən şəxslər Komissiyanın Beynəlxalq əlaqələr sektoruna müraciət edərək (465-87-93 (daxili: 110, 139)) yay tətilləri müddətində dövlət orqanlarında təcrübə keçmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün Azərbaycan dilində ətraflı doldurulmuş tərcümeyi halı t.alizade@csc.gov.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Qeydiyyat üçün son müraciət tarixi 30 apreldir.