Vakant müəllim vəzifələrini tuta bilməyənlərin nəzərinə | Təhsil Elanları
Vakant müəllim vəzifələrini tuta bilməyənlərin nəzərinə
Bölmə:Təhsil Nazirliyi 887 dəfə oxunub
22.08.2014

25-29 avqust 2014-cü il tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcək

2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust 2014-cü il tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcək.

Namizədlər "Şəxsi səhifə"lərinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq.

Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin "Şəxsi səhifə"sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ("İçərişəhər" metrosunun yaxınlığı) müsahibə keçiriləcək.