PR akademiya 2016-cı il üçün təlimlərə başlayır - ÖDƏNİŞSİZ | Təhsil Elanları
PR akademiya 2016-cı il üçün təlimlərə başlayır - ÖDƏNİŞSİZ
Bölmə:Təlimlər / Trainings 1565 dəfə oxunub
06.04.2016

Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının, "M Group" Şirkətlər qrupunun rəsmi dəstəyi ilə PR Akademiya PR şirkəti tərəfindən ödənişsiz PR menecment təlimlərinin təşkili məqsədi ilə həyata keçirilən PR akademiya layihəsi 2016-cı il təlimlərinə start verir.

Təşkilati dəstəkçilərinin sayı durmadan artan PR akademiya layihəsi, təlimçi komadasını gücləndirmək məqsədi ilə bir çox xarici mütəxəssisləri də layihəyə dəvət edib.

Layihənin rəhbəri "Nuranə Ağazadə"dən aldığımız məlumata görə 2013-cü ildən fəaliyyət göstərən PR akademiya təlimlərinə qısa müddətlik fasilə verdikdən sonra daha güclü və böyük kütləni əhatə edəcək vəziyyətdə davam edəcək. Sön günlər cəbhədə baş verənlər səbəbi ilə ilk təlimini 10 aprel saat 14:00 tarixində Azərbaycan Tələbə və Gənclər Təşkilatları İittifaqının ofisində "İnformasiya müharibəsində düzgün PR" mövzusunda təşkil edəcək PR akademiya rəhbərliyi layihə üçün xüsusi ekspertlər dəvət edib. Təlimin təlimçiləri İnformasiya müharibəsinin düzgün aparılması ilə bağlı mövzu üçün Türkiyədən dəvət olunmuş PR eskpert Oğuz Kaan Tetik, sosial şəbəkələr üzrə aktivlik mövzusu üçün ANS TV - də yayımlanan "Şəbəkə" verlişinin aparıcısı Rahil Kərimov, Azərbaycam milli yeməklərinin ermənilər tərəfindən oğurlanması ilə mübarizə mövzusu üçün isə məşur aşbaz, "Orrient House" restoranının sahibi Teymur Şıxəliyev olacaqlar.

Təlimdə iştirak etmək üçün cv@prakademiya.az emailinə öz ad, soy ad və əlaqə telefonunuzu yazıb göndərərək qeydiyyatdan keçə bilərsiniz.

İştirak ödənişsizdir.

Təlimdə iştirak edənlərə sertifikat veriəcək.

PR академия начинает бесплатные тренинги 2016 года. Азербайджанский Союз Студенческих и Молодежных организаций ( ATGTI ), при официальной поддержке М GROUP Production ( MGP ), запускает проект “PR академия 2016” для организации бесплатных тренингов PR менеджмента . Увеличение количества корпоративных сторонников PR академии неуклонно растет и поэтому в целях усиления команды тренеров, академия пригласила в проект многих зарубежных специалистов. По словам руководителя проекта Нураны Агазаде, академия функционирует с 2013 и после небольшого перерыва продолжит свою работу с наибольшей силой и охватит большее количество людей . В связи с последними событиями на фронте , первый тренинг PR академия организует 10 апреля в 14:00 в офисе Азербайджанского Союза Студенческих и Молодежных организаций ( ATGTI) на тему “ Правильный пиар в информационной войне” и пригласила специальных экспертов для управления проектом. Подготовка инструкторов по теме “ Пиар в информационной войне” было предложено провести пиар-эксперту из Турции Огузу Каан Tетику; по теме “Активность в социальных сетях” - ведущему передачи “Щебеке” на АNS TV Рахилю Каримову; на тему ”Борьба с присвоением армянами национальной азербайджанской кухни ” известному повару, владельцу ресторана “Orrient House” Теймуру Шихалиеву. Отправив на cv@prakademiya.az свои: имя, фамилию и контактный телефон ,можете зарегистрироваться и принять участие в тренинге . Участие бесплатное. Участникам тренинга будут выдаваться сертификаты.