İngilis dilini online öyrənin! - DƏRS 1 | Təhsil Elanları
İngilis dilini online öyrənin! - DƏRS 1
Bölmə:Kurslar 3201 dəfə oxunub
26.03.2016

Salam əziz oxucular mən Həsən Əliyev xaricdə təhsil üzrə mütəxəssis kimi çalışıram. Bundan sonra artıq qərara gəldimki həm öz dil biliklərimi təkrar edib artırmaq həmdə tələbələrə faydalı olmaq məqsədi ilə ingilis dilində online hazırlaşmaq istəyənlər üçün dərsləri təqdim edim. Bu dərslər sırf ingilis dilini 0-dan başlayanlar üçün faydalı olacaq və beginner səviyyəsindən başlayıb daha sonra bütün səviyyələrə keçməyi planlaşdırıram. Dərslər sırf internetdən araşdırdığım məlumatları sizlərə ümumiləşdirib çatdıracam. Müxtəlif vəsaitlərdən,istifadə edərək həm online kitablar, video dərslər və bəzi əlavələrimlə qeyd edəcəm. Bu mənim ilk təcrübəm olduğu üçün bəzi səhvlərim təbiiki olacaqdır və bunları nəzərə almanızı xaiş edirəm. Sizdə digər yoldaşlarınıza daha da faydalı olmaq üçün bu məlumatları paylaşsanız sevinərəm.

İlk öncə başlayaq ingilis dilini ən əvvəldən öyrənməyə başlayaq bu ilk dərsimiz beginner 1 adlanacaq. Unutmayın bu ilk dərs sizə asan gələ bilər çünki çox şeyi bilirsiniz lakin təkrar etməkdə bir faydası var bəzən elə olurki ən elementar olan bir məlumat yadımızdan çıxır. Ona görədə dil öyrənməyin ən başlıca üsulu mən ən sevdiyim və dərslərindən yararlandığım Cengiz hocanın bir sözü ilə desəm sistemli olmaq və davamlı çalışmaq lazımdır. Çünki ən böyük dalğa bir daşı deşə bilməz lakin kiçik bir su damlası davamlı olaraq bir daşı deşə bilər. Nəzərə alınki dil öyrənmək elm deyil vərdişdir nə qədər əlinizdə material olur olsun siz davamlı öz üzərinizdə məsuliyyətli işləməsəniz heçnə əldə edə bilməzsiniz. Dediyim sistemlə getsəniz danışığı öyrənə bilərsiniz hər gün ən azı bir ingiliscə altyazılı filmə baxın (altyazılı film dedimsə bu türkcə yazılı olmasın :) yəni filmin həm özü ingiliscə olsun həmdə alt yazısı ingiliscə), öyrənməyə yeni başladığınız üçün təbiiki filmləri anlamaqda çətinlik çəkəcəksiniz hətta çox çətinlik çəkəcəksiniz xüsusəndə aksentlə danışıqlarda başa düşməyə bilərsiniz lakin bir filmə 5 dəfə təkrar baxsanız ordakı hərəkətlərə nəzərən anlayacaqsınız. Buna görədə bir filmə ən az 5 dəfə baxın (təbiiki eyni gündə yox)beyninizi gücə salmadan asta asta-asta öyrənin fərz edinki nəsə öyrənmirsiniz sadəcə gündəlik bir həyatınızda istifadə edirsiniz. Bacardığınız qədər ingiliscə müsiqilərə qulaq asın.

İngilis dilini öyrənmək üçün əlifbanı bilməlisiniz .

 İngilis dilində 26 hərf 44 səs var. Bu şəklə baxaraq siz həmdə həmin hərflərlə olan sözləridə öyrənəcəksiniz.

Hərflərin oxunuşunu mütləq şəkildə doğru bilməlisiniz və tez-tez öz özünüzə deyinki bu sizdə vərdiş halını alsın. Əlifba ilə bağlı bəzi terminlər varki istər xaricdə olanda istərsədə ingilis dilində kiminləsə telefonla danışanda bunu bilməlisiniz. Bu sözlər spell–hərf-hərf söyləmək, syllable-hecalamaq, code-kodlaşdırmaq. Məsələn telefonla biri ilə danışırsınızsə və sizin adınızı başa düşməkdə çətinlik çəkirsə sizdən adınızı hərf-hərf, hecalamaqla və ya kodlaşdırmaqla soruşa bilər ona görə bu terminləri bilməlisiniz. Hərf-hərf söyləmək və hecalamağı bilirsiniz kodlaşdırmaq isə öz adınızın hərflərini başqa sözlərlə əlaqələndirməklə həm söhbətinizə adınızı deyirsiniz. Adınız Bilaldırsa B for Baku və ya B as in Baku deyə bilərsiniz digər hərfləri də bu qayda ilə demək olar. Aşağıdakı videoya baxmaqla bunu təkmilləşdirə bilərsiniz (asan kimi gəlsə də sonuna kimi baxın)

 

Hansı hərfin hansı səsi verməsini öyrənməniz mütləq vacibdir bunun üçün isə aşağıdakı videonu izləməniz lazımdır. Bu videoda həmçinin bəzi hərflərin bir neçə səsi verməsi haqqındada qeyd olunub çünki öncədəndə qeyd etdiyimiz kimi 26 hərf 44 səsi ifadə edir. Və türk aksenti olduğunu diqqətə alın çünki tələffüz bizdəkindən fərqli nüanslar var.

İndi isə kitabdan dərslərə keçək ən asan və ən çox istifadə olunan kitab new english file (kitabı yükləmək üçün link) kompyuterinizə yükləyirsiniz. Birinci unit-i bugün öyrənək.

1A bölməsi salamlaşmalar və qısa dialoqdan ibarətdir. şəklin üzərində qəhrəmanlarımız sizi salamlayıb və öz adlarını söyləyiblər şəklin aşağısında isə siz özünüzü təqdim etməyiniz qeyd olunub. Məsələn Hi i am Hasan. Bunun kimi sizdə öz adınızı deməlisiniz. Səhifənin sonunda isə qısa dialoqlar verilib onu tam oxuyun və daha sonra birinci şəkildəki”Tom” – un yerinə həmin cavabları özünüz verin. İkinci səhifədə köməkçi fellərin qısaldırması verilib İ”m – İ am, bunu öyrənin və aşağıdakı hissəni özünüz tapın. :)səhifənin sağ tərəfində isə şəkillər qeyd olunub və şəkillərin üzərində olan rəqəmləri şəklin adı qeyd olunan hissədəki boş qrafaya qeyd edin. Səhifənin sonundakı bölmədə sizə ingiliscə 1-dən 10-a qədər saymağı tapşırıq kimi görəcəksiniz aşağıdakı şəklə baxmaqla bu sayları əzbərləyin. Səhifənin sonunda mavi qrafada yazılan gündəlik istifadə olunan sözləri əzbərləyin.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kitabda olan növbəti 1B və 1C dərslərini isə özünüz hazırlaşa bilərsiniz daha sonrakı yazımızda isə 2 unit-dən izahlar verməyə çalışacam. Çalışın dərsləri iki nəfər birlikdə hazırlaşasınız bu daha effektli olacaq və dialoq şəklində öyrənə bilərsiniz sonrakı yazımızda audio formatınıda paylaşacam. Birinci dərs üçün yaxşı olarki aşağıdakı videodan baxmanız daha yaxşı olacaq video uzun olsada vaxtınızı ayırıb baxmanız məsləhətdir.

İndi isə yeni başlayanlar üçün silsilə şəklində təqdim edəcəyim qısa bir filmə mütləq baxın gündəlik istifadə olunan sözlər və ifadələr mövcuddur. Filmin digər hissələrini isə növbəti dərslərdə paylaşacam. Bu videoda həmçinin saatları öyrənə biləcəksiniz.

 

Bu dərslər bitirdikdən sonra isə Home Alone 1 (link) filminə ingiliscə baxın yeni başlayanlar üçün həm asan anlaşılan filmdir həmdə hamınız çox gümanki yeni il vaxtı Azərbaycan dilində baxmısınız az çox filmin məzmununu bilirsiniz.

Hələ ingilis dilinə yeni başladığınız üçün bu ilk dərsdə bunlara baxmanız kifayətdir daha sonra isə dərslərə müxtəlif qısa hekayə kitablarıda paylaşacam. Amma bir şərtləki qeyd etdiyim bütün videoları və filmləri mütləq sona kimi izləyin. Gün ərzində ən azı 3 saatınızı fasilələr verməklə ingilis dilinə ayırın onda alınacaq :) Əgər əlavə başqa vəsaitdən də dərs oxumaq istəsəniz face2face starter (link) kitabını yükləyərək paralel şəkildə 1-ci dərsi oxuya bilərsiniz. Eyni zamanda gündəlik xəbərlərə qulaq asmaq üçünBBC english radio (link) gün ərzində bir saat dinləməniz dil öyrənmənizə müsbət təsir edəcəkdir.

Əziz oxucular bu ilk dərsdə bildiklərimi birçox mənbəyə əsaslanaraq sizlərə çatdırmağa çalışdım öncədəndə qeyd etdiyim kimi müəyyən səhvlərim ola bilər və çalışacam bütün səviyyələr üzrə dərsləri burdan tək-tək sizlərə hərgün bir hissəsini saytda məqalə şəklində qeyd olunacaq. Saytımızı izləməyi unutmayın.

Qeyd: müəllif hüquqları ancaq edutimes.org.az saytına məxsusdur. Mənimlə əlaqə saxlamaq istəyənlər, öz təklif və yazdığım məqalələr haqqında sualı olanlar, həmçinin xaricdə təhsil almaq istəyənlər facebook profilimə (link) yaza bilərlər, sizin yazdığınız hər bir fikir gələcək dərslərdə və bloq yazılarımda mütləq öz əksini tapacaq və daha da faydalı məlumatlar paylaşmama səbəb olacağı üçün öncədən təşəkkürümü bildirirəm.

Hasan Aliyev