DQMK yeni müsabiqə və ümumi müsahibə elan etdi! | Təhsil Elanları
DQMK yeni müsabiqə və ümumi müsahibə elan etdi!
Bölmə:Dövlət qulluğu 3359 dəfə oxunub
12.03.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 11 mart 2016-cı il tarixdən 11 aprel 2016-cı il tarixdə saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyənlər vətəndaşlar sənədlərini 11 mart 2016-cı il tarixdən 30 mart 2016-cı il tarixdə saat 17:30-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə (müsabiqə üçün), şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Əlaqə vasitələri: E-poçt: exidmet@csc.gov.az ,

Telefon:(012) 465-87-93 (#202,#203,#124, #127, #128,#467,#470),(012) 465-34-71(qaynar xətt)

11 mart 2016-cı il tarixdə elan edilmiş MÜSABİQƏ
(SƏNƏD QƏBULU 11 APREL 2016-CI İL TARİXİNDƏ BAŞA ÇATACAQDIR)

11 mart 2016-cı il tarixdə elan edilmiş ÜMUMİ MÜSAHİBƏ
(SƏNƏD QƏBULU 30 MART 2016-CI İL TARİXİNDƏ BAŞA ÇATACAQDIR)