Çin Xalq Respublikasında Təqaüdlü Təhsil | Təhsil Elanları
Çin Xalq Respublikasında Təqaüdlü Təhsil
Bölmə:Xaricdə Təhsil Təqaüdlər 1759 dəfə oxunub
09.03.2016

Ümumi məlumat və qəbul qaydaları 1
 

 

Maliyyələşmə

 

 

2

Tələb olunan sənədlər 3
Ø   Bakalavriat səviyyəsi üçün 3
 

 

Ø   Magistratura səviyyəsi üçün

 

 

4

 

 

Ø   Doktorantura səviyyəsi üçün

 

 

5

 

 

Təhsil Nazirliyi ilə əlaqə

 

 

6

Ümumi məlumat və qəbul qaydaları

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Hökumətlərarası müqavilə çərçivəsində indiyədək 90 nəfər Azərbaycan Respublikası vətəndaşı ÇXR-ın yüksək reytinqli ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri və ixtisasları üzrə təhsil almaq hüququ qazanmışdır.

Universitetlərdə tədris çin dilində olduğuna görə təqaüd proqramı çərçivəsində təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməlidirlər. Proqramda iştirak edən universitetlərin siyahısı ilə  keçiddən  tanış ola bilərsiniz. İxtisas seçimi üzrə məhdudiyyət tətbiq edilmədiyinə görə təhsil almaq istədiyiniz ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərin internet səhifələrində müvafiq məlumatlarla tanış olmağınız xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, təhsil müddəti ixtisasdan asılı olaraq bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından 1 aprel 2016-cı il tarixinə kimi tələb olunan bütün sənədlərin surətini (skan) elektron poçtlachina.admissions@edu.gov.az ünvanına göndərmələri xahiş olunur.

Tələb olunan sənədləri göndərən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Müsahibənin  dəqiq  vaxtı  və  yeri  barədə  məlumat  namizədlərə  elektron  poçt  vasitəsilə bildiriləcəkdir.

Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır.

Seçim nəticələrinə dair apelyasiya hüququ yoxdur.

Elektron poçtla göndərilən sənədlərin əslini mütləq qaydada müsahibə  zaman ı   əlaqədar  şəxsə  təqdim etməyini z xahiş  olunur .

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:

Çin tərəfindən:

Ali məktəbdə qeydiyyat xərci

Təhsil haqqı

Laboratoriya xərci

Təcrübə (internship) xərci

Tədris materialları

Yataqxana xərci

Aylıq yaşayış xərci

Təqaüd  Proqramına daxil olan xərclər (hər tədris ili üzrə) təhsil səviyyələrinə və ixtisaslara uyğun olaraq aşağıdakı kimi hesablanmışdır:

Bakalavriat tələbələri üçün:  59200- 66200 Yuan arası

Magistratura tələbələri üçün: 70200- 79200 Yuan arası

Doktorantura tələbələri üçün: 87800- 99800 Yuan arası

Təhsil Nazirliyi tərəfindən:

Aviabilet (hər tədris ilində yalnız bir dəfə – gediş-gəliş bileti)

Bakalavriat səviyyəsi üçün

  1.  Anket  forması

http://www.edu.gov.az/upload/file/Beynelxaql-emekdashliq/2016/cin-elan/anket.doc

Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm. ölçüdəəlavə edilməlidir.

  1. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin (mövcud olmadığı halda təhsil aldığınız məktəb tərəfindən müvafiq sənədlər əvəzinə verilmiş arayış) notariat qaydada təsdiq edilmiş surəti;
  2. Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş təhsil haqqında arayış və ən son transkript/fənlər üzrə akademik göstəricilər (ingilis dilinə tərcümə əlavə edilməklə) / 2 nüsxə;
  3. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz barədə minimum 500 sözdən ibarət qısa xülasə (ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən olunmamışdır / 2 nüsxə;
  4. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
  5. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
  1. HSK Sertifikatı (mövcud olduğu halda);
  1. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
  1. Şəxsiyyət vəsiqəsinin surəti;
  1. Ümumvətəndaş pasportunun surəti.

Qeyd: 18 yaşdan aşağı olan ərizəçilər üçün Çindən qəyyumluq haqqında sənəd əldə olunmalıdır.

Qeyd: “Çin hökuməti təqaüdləri çərçivəsində Çində təhsil proqramı 2016” qaydalarına əsasən bakalavriat səviyyəsi üzrə müraciət edənlər üçün yaş məhdudiyyəti müvafiq olaraq 25 yaş müəyyən edilmişdir.

  1.  Anket  formsı

http://www.edu.gov.az/upload/file/Beynelxaql-emekdashliq/2016/cin-elan/anket.doc

Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm. ölçüdəəlavə edilməlidir.

  1. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti;
  1. Ali təhsil  haqqında  sənəd  (bakalavriat  səviyyəsindən  məzun  olanlar  üçün)  və  diploma əlavənin (mövcud olmadığı halda təhsil aldığınız ali məktəb tərəfindən diplom əvəzinə məzun olduğunuza dair verilmiş arayış və transkript) azərbaycan və ingilis dillərində notariat qaydada təsdiq edilmiş surəti / 2 nüsxə;

Qeyd: namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənədin surəti;

  1. Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunmuş surəti;
  2. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz və ya tədqiq edəcəyiniz mövzu barədə minimum 800 sözdən ibarət qısa xülasə (ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən olunmamışdır / 2 nüsxə;
  3. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
  4. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
  1. HSK Sertifikatı (mövcud olduğu halda);
  1. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
  1. Şəxsiyyət vəsiqəsinin surəti;
  1. Ümumvətəndaş pasportunun surəti;
  1. 2 ədəd tövsiyə məktubu (ingilis dilində) / 2 nüsxə.

Qeyd: “Çin hökuməti təqaüdləri çərçivəsində Çində təhsil proqramı 2016” qaydalarına əsasən magistratura səviyyəsi üzrə müraciət edənlər üçün yaş məhdudiyyəti müvafiq olaraq   35 yaş müəyyən edilmişdir.

Doktorantura səviyyəsi üzrə:

  1.  Ank et  forması

http://www.edu.gov.az/upload/file/Beynelxaql-emekdashliq/2016/cin-elan/anket.doc

Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotoşəkil (3,5×4,5 sm. ölçüdəəlavə edilməlidir.

  1. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti;
  1. Ali təhsil haqqında sənəd (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar üçün) və diploma əlavənin (mövcud olmadığı halda təhsil aldığınız ali məktəb tərəfindən diplom əvəzinə məzun olduğunuza dair verilmiş arayış və transkript) azərbaycan və ingilis dillərində notariat qaydada təsdiq edilmiş surəti / 2 nüsxə;

Qeyd: namizəd bakalavr və ya magisrt diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənədin surəti;

  1. Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunmuş surəti;
  1. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz və ya tədqiq edəcəyiniz mövzu barədə minimum 800 sözdən ibarət qısa xülasə (ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyyət müəyyən olunmamışdır / 2 nüsxə;
  1. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
  2. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
  1. HSK Sertifikatı (mövcud olduğu halda);
  1. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
  1. Şəxsiyyət vəsiqəsinin surəti;
  1. Ümumvətəndaş pasportunun surəti;
  1. 2 ədəd tövsiyə məktubu (ingilis dilində) / 2 nüsxə.

Qeyd: “Çin hökuməti təqaüdləri çərçivəsində Çində təhsil proqramı 2016” qaydalarına əsasən doktorantura səviyyəsi üzrə müraciət edənlər üçün yaş məhdudiyyəti müvafiq  olaraq   40 yaş müəyyən edilmişdir.

Təhsil Nazirliyi ilə əlaqə

Təqaüd proqramı ilə bağlı suallarınızı  china.admissions@edu.gov.az elektron poçtuna ünvanlaya bilərsiniz.

Tez-tez verilən suallar barədə keçiddən tanış olmağınız xahiş olunur.